Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Zəfər Günü – milli qürur və şərəf tariximizdir
Zəfər Günü – milli qürur və şərəf tariximizdir
Noyabrın 6-da Mühəndislik fakültəsində 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş “Zəfər Günü – milli qürur və şərəf tariximizdir” adlı tədbir keçirildi.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Ulduz Ağayev açaraq, 8 Noyabr ‒ Zəfər Günü münasibətilə iştirakçıları təbrik etdi. Bildirdi ki, qətiyyətli Ali Baş Komandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından bir il ötür. 44 günlük müharibə dövründə elə bir gün olmamışdır ki, Azərbaycan Ordusu geri çəkilsin. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı. Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.
Tədbirdə 3-cü kurs tələbəsi Əhmədova Ayan, 1-ci kurs tələbəsi Mirzəməmmədova Fatimə çıxış edərək qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günündən danışdılar. Qeyd etdilər ki, 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi. 44 gün ərzində sürən hərbi əməliyyatlar nəticəsində müasir və güclü Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı.
Tədbirin sonunda Lalə Ələsgərli, Məryəm Osmanova və Yasəmən Ağayevanın ifasında vətənpərvərlik ruhunda şerlər səsləndi.
Fakültənin II-ci kurs tələbəsi Səkinə Babayevanın hazırladığı 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az