Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 8 Noyabr milli qürur, qələbə və Zəfər Günüdür
8 Noyabr milli qürur, qələbə və Zəfər Günüdür
Noyabrın 5-də Fizika və elektroenergetika fakültəsində professor-müəllim və tələbələrin iştirakı ilə Zəfər Gününə həsr olunmuş “8 Noyabr milli qürur, qələbə və Zəfər Günüdür” adlı onlayn formatda tədbir keçirildi.
Əvvəlcə fakültənin bir qrup professor-müəllim və tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Tamella Əhmədova açaraq, iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi və tarixi qələbənin əhəmiyyətindən bəhs etdi. Qetd etdi ki, 44 gün davam edən Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti ilə 30 illik həsrətə son qoyuldu. Ədalət qalib gəldi, ərazimiz bütövləşdi, Qarabağ Azərbaycanımıza qovuşdu, şəhidlərimizin qanı yerdə qalmadı ‒ bir sözlə, haqqın öz yerini tapdığı Zəfər Günü bizə qismət oldu. Bu gün müstəqil Azərbaycanın qurucusu Ulu öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki artıq Qarabağ məsələsi ümummilli liderin siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyev tərəfindən öz həllini tapıb. Qarabağ Azərbaycandır!
Fakültənin 536-cı qrup tələbəsi İsgəndərova Nazlı çıxış edərək bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz Qarabağ torpaqlarını uzun illərdən sonra düşmən işğalından azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan tarixinə şanlı Zəfər Günü kimi yazılan 8 Noyabr tarixi Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsi oldu.
Cəbrayıl, Qubadlı istiqamətlərində döyüşmüş “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı, fakültənin məzunu Nurlan Muradov və Tərtər, Ağdərə, Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, “Suqovuşanın işğaldan azad olunmasına görə” medalı ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı, fakültənin tələbəsi Pərviz İsmayılov çıxış edərək keçdikləri döyüş yolundan danışdılar, Zəfər Günü münasibətilə tədbir itirakçılarını təbrik etdilər. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsində xalqımızın ən böyük arzusunu reallığa çevirdiyini, qazanılmış möhtəşəm qələbənin uzun illərdən bəri Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi nəticəsində Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu söylədilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az