Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qələbənin 1 yaşı” adlı şeir müsabiqəsinin qalibləri müəyyən olundu
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qələbənin 1 yaşı” adlı şeir müsabiqəsinin qalibləri müəyyən olundu
Noyabrın 4-də Kimya və biologiya fakültəsində 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş “Qələbənin 1 yaşı” adlı şeir müsabiqəsinin qalibləri müəyyən olundu.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Müsabiqəni giriş sözü ilə fakültənin dekanı dosent Mahal Muradov açaraq, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızın ən böyük arzusunu reallığa çevirdiyini bildirdi. Qeyd etdi ki, sevindirici haldır ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir və tədris olunur. Fədakar Azərbaycan əsgərinin 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında daima qalacaq, heç vaxt unudulmayacaq parlaq səhifə kimi xatırlanacaqdır. Bu günlərdə Azərbaycan xalqı tarixi qələbənin 1 illiyini təntənə ilə qeyd etməkdədir. Ötən dövr ərzində işğaldan azad edilmiş torpaqlarımızda onlarla yeni infrastruktur layihələri icra olunub. Füzuli aeroportunun çox qısa müddətdə inşa edilib istifadəyə verilməsi, təbii ki, bütün dünyada heyrətlə qarşılanmaya bilməzdi.
Fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Şəfa İsayeva iştirakçıları 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin ildönümü münasibətilə təbrik etdi. O, bir il öncə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına və mülki əhaliyə qarşı ağır silahlardan istifadə etməklə törədilmiş hərbi cinayətə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını qeyd etdi, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək 30 il erməni işğalı altında olan torpaqlarımızı azad etdiyini, bununla da, BMT Təhlükəsizlik Şurasının uzun illər boyu yerinə yetirilməyən qətnamələrini ölkəmizin öz gücü hesabına icra etdiyini vurğuladı.
Sonra tələbələrin ifasında şeirlər səsləndirildi. Münsiflər heyəti tərəfindən seçim turu aparıldı. Münsiflər heyəti adından Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Dəyanət Cümənov çıxış etdi, müsabiqədə yer tutmuş tələbələrin adlarını açıqladı. Müsabiqənin nəticəsinə görə, I yerə Hüseyn Abdullayev, II yerə İsa Allahverdiyev və Sevinc Məmmədova, III yerə İnci Məmmədova, Anar Güllərli və Fərhad Ələkbərli layiq görüldülər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az