Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar Kimya və biologiya fakültəsində rəsm sərgisi təşkil edildi
8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar Kimya və biologiya fakültəsində rəsm sərgisi təşkil edildi
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş, tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət sərgi keçirildi.
Əvvəlcə Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Zəfər Günü ilə bağlı şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra Kimya və biologiya fakültəsində Zəfər Günü ilə bağlı rəsm sərgisi təşkil edildi. Sərgidə çıxış edən fakültə dekanı dosent Mahal Muradov iştirakçıları Zəfər Günü münasibətilə təbrik etdi. Bildirdi ki, sərgi 44 günlük Vətən müharibəsində qazandığımız haqlı qələbəmizi, Azərbaycanın suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş Vətən oğullarının qəhrəmanlıqlarını tərənnüm etmək məqsədilə təşkil olunmuşdur.
Qeyd edək ki, sərgidə vətənpərvərlik mövzusunda 30 rəsm əsəri nümayiş olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az