Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsində tarixçi alim 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar mühazirə oxudu
Filologiya fakültəsində tarixçi alim 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar mühazirə oxudu
8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər planına uyğun olaraq, noyabrın 5-də Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Samin Qocayev Filologiya fakültəsində “Zəfərə aparan yol” mövzusunda mühazirə oxudu. Samin Qocayev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük müharibədə mənfur Ermənistan silahlı qüvvələri üzərində Qələbə qazanmasından, 30 ilə yaxın davam edən erməni təcavüzünə və işğalına son qoymasından, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından, regionda yaranan yeni reallıqdan bəhs etdi. Bildirdi ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı başlatdığı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğuru Ali Baş Komandan masa üzərində gerçəkləşdirdi. Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan erməni daşnaklarından azad edildi, BMT-nin illərdir kağız üzərində qalan tələbləri yerinə yetirilmiş oldu.
Azərbaycanın 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməsi və düşmən üzərində tarixi zəfər qazanmasında ordumuzun hərbi qüdrəti və müasir silah-sursatla təchiz olunması ilə yanaşı, xalqımızın həmrəyliyi, vətəndaşların “Dəmir Yumruq” ətrafında birləşməsi müstəsna rola malikdir. Birlik və həmrəyliyimiz, hərbi qulluqçularımızın qəhrəmanlığı qələbənin əsas qayəsini təşkil edir.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az