Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş əl işləri və rəsm əsərlərindən ibarət müsabiqə-sərgi keçirildi
SDU-da 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş əl işləri və rəsm əsərlərindən ibarət müsabiqə-sərgi keçirildi
Noyabrın 4-də Sumqayıt Dövlət Universitetində 8 Noyabr ‒ Zəfər Günü münasibətilə tələbə və əməkdaşların əl işləri və rəsm əsərlərindən ibarət müsabiqə-sərgi keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd azad olunmuş ərazilərin füsunkar təbiətinin, mədəni irs nümunələrinin təsvir və tərənnümü, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarətdir.
Sərgiyə baxış keçirildi. Qeyd edək ki, müsabiqədə tələbələrin 30 rəsm əsəri nümayiş olundu. Bu əsərlərin hər biri özünəməxsus rəng çaları, ideya və mövzu etibarilə diqqəti cəlb etdi. Rəsm əsərlərində Vətənə sevgi, el-obanın azadlığı naminə mübariz igidlərin obrazları əks olundu. Bu əsərlər tariximizin bir parçası olmaq şansını qazanmış sənət inciləri olmaqla yanaşı, onları yaradan tələbələrin timsalında xalqımızın nəyə qadir olduğunu, istedadını göstərir. Axı rənglər də bir yaddaşdır: silinməyən, solmayan, unudulmayan bir yaddaş. Bu müsabiqələr bizə bizim yaddaşımızdan, kimliyimizdən, hansı xüsusiyyətlər və nələrə sahib olmağımızdan xəbər verir.
Sonda professor-müəllim və tələbə heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə tələbə və əməkdaşların əl işləri və rəsm əsərləri qiymətləndirildi.
Müsabiqənin nəticəsinə görə, I yerə 980 balla Mühəndislik fakültəsinin III kurs tələbəsi Ceyran Məmmədova, II yerə 945 balla Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbələri: Vüsal Məmmədov və Vəkil Namazov, III yerə 883 balla İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və idarə edilməsi kafedrasının dosenti Təranə Əhmədova və 882 balla Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Malak Bairamova layiq görüldülər.
İştirakçılar rəsm müsabiqəsini maraqla qarşıladı və torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az