Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Kimya və biologiya fakültəsində 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Noyabrın 3-də Kimya və biologiya fakültəsində universitetin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə fakültə dekanı dosent Mahal Muradov açaraq, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs etdi. Bildirdi ki, Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Döyüş meydanında ordumuzun əldə etdiyi misilsiz qələbələrlə yanaşı, ölkə rəhbərinin bu həssas və taleyüklü günlərdə apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələr də Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
Tədbirdə SDU-nun şəhid məzunlarına həsr olunmuş videoçarx nümayiş olundu.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Zəfər tarixində göstərdiyi qəhrəmanlıqlardan söz açdı, düşmən üzərində misilsiz qələbə qazanan igidlərimizin gənc nəslə örnək olduqlarını bildirdi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xəttinin yarıldığını, düşmənin böyük itkilər verərək geri çəkilməyə məcbur olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, ildırımsürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan Ordusu döyüşlərin başladığı ilk gündən strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər ordumuz düşməni növbəti dəfə böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.
Sonra fakültənin müharibədə iştirak etmiş məzunlarına həsr olunmuş videoçarx nümayiş olundu.
Kimya və biologiya fakültəsinin I kurs tələbəsi Mələk Məmmədovanın ifasında “Torpağın səsi” adlı mahnı, IV kurs tələbəsi Hüseyn Abdullayevin ifasında “Vətən” qəzəli, I kurs tələbəsi Sevinc Məmmədovanın ifasında “Zəfər sorağı” şeiri, II kurs tələbəsi İsa Allahverdiyevin ifasında “Odlar diyari” şeiri səsləndirildi.
Tədbir Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsinidəki çıxışlarından hazırlanmış videoçarxın nümayişi ilə başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az