Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız TEMPUS layihəsi çərçivəsində Tvente Universitetində oldular
Əməkdaşlarımız TEMPUS layihəsi çərçivəsində Tvente Universitetində oldular

Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən də ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədi ilə Prezident cənab İlham Əliyev tərəfindən 31 yanvar 2008-ci il tarixində "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa   ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı sərəncam bir çox təhsil ocaqlarımızın, o cümlədən Sumqayıt Dövlət Universitetinin də fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir.
Bu məqsədlə də 25 may-07 iyun tarixlərində universitetimizin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru, dosent Qafar Atayev və rektorun məsləhətçisi, dosent Ulduz Ağayev 543720-TEMPUS-1-2013-1-DE-TEMPUS-JPCR “İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko sisteminin kosmik vasitələrlə monitorinqi sahəsində ali təhsilin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Hollandiyanın Tvente Universitetində ezamiyyətdə oldular.
Layihənin əsas məqsədi seçilmiş İsrail, Azərbaycan və Qazaxıstan universitetlərinə obyektlərin məsafədən təyin edilməsi üzrə iki pilləli proqramların təklif edilməsində və hazırlanmasında bu sahədəki yeni inkşaflara, əmək bazarının tələbatlarına və Boloniya prinsiplərinə, Buxarest kommünikesinin sonuncu tövsiyyələrinə və qabaqcıl təcrübəyə uyğun olaraq köməklik etməkdir.
Qazaxıstan Milli Xalq Universiteti, Kızıl Orda Universiteti, Bakı Dövlət Universiteti, Aviasiya Akademiyası və İsrail Universitetlərinin nümayəndələri də iştirak edirdilər.
Görüş zamanı Tvente universiteti haqqında məlumat verildi və bildirildi ki, burada 20 ixtisas üzrə 5500 bakalavr, 31 ixtisas üzrə 2500 magistrant təhsil alır.
Prorektor Qafar Atayev və rektorun məsləhətçisi Ulduz Ağayev söhbət zamanı qeyd etdilər ki, layihə çərçivəsində geoinformasiya elmləri və yer kürəsinin müşahidəsi (İTC) fakültəsində oldular. Yer kürəsinin müşahidəsi, sistemli analiz, təbii ehtiyyatlar, geo-məlumatın emalı, şəhərlərin və regionların planlaşdırılması və geo-məlumatın idarəolunması, su ehtiyyatları barədə məlumatlarla tanış oldular.
Vurğuladılar ki, Su ehtiyyatları departamentində olduğumuz zaman professor Qabriel Parodinin distansion zondlaşdırma və geoinformasiya sisteminin prinsipləri və tətbiqi, ekoloji monitorinq, quraqlıq, su basmaları mövzularında mühazirələrini dinlədik. İL-WIS proqram paketi ilə yer kürəsinin müşahidəsi, quraqlıq-subasma ərazilərinin xəritəsinin tərtibi, distansion müşahidə, ekoloji monitorinqin aparılması barədə məlumat verildi. Laboratoriya şəraitində birbaşa dünyanın müxtəlif ölkələrinin ekoloji vəziyyətini canlı müşahidə etdik və bu proqram paketi ilə işləmək sistemi  marağımıza səbəb oldu.
Professor Salama “Ətraf mühitin keyfiyyəti və qiymətləndirilməsinin monitorinqi” və professor Maathuis ilə “GEONETCAST-ın su və ətraf mühitə tətbiqi” mövzularında fikir mübadiləsi aparıldı.
Universitetimizi təmsil edən nümayəndə heyəti sertifikatlarla təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az