Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Zəfər Gününə həsr olunmuş şeir və mahnı müsabiqəsi keçirildi
SDU-da Zəfər Gününə həsr olunmuş şeir və mahnı müsabiqəsi keçirildi
Noyabrın 2-də 8 Noyabr ‒ Zəfər Günü ərəfəsində gənclərə vətənpərvərlik hissinin aşılanması və təbliğ edilməsi məqsədilə Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri arasında şeir və mahnı müsabiqəsinə start verildi.
Təşkil olunmuş şeir və mahnı müsabiqəsində münsiflər heyəti qismində sədr ‒ Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi prof. Rafiq Əliyev, üzvlər: Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri prof. Aftandil Məmmədov, Folklorşünaslıq ETL-in kiçik elmi işçisi Balakişi İsgəndərov, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Telman Qəniyev, həmin kafedranın baş müəllimi Afaq Qəniyeva iştirak etdilər.
Əvvəlcə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Universitetin Mühəndislik fakültəsinin magistrantı Şəfiqə Kazımova çıxış edərək Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı erməni qüvvələri üzərindəki tarixi qələbəsindən danışdı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdi. Sumqayıt Dövlət Universitetində Zəfər Gününə həsr olunmuş silsilə tədbirlərin şanlı tariximizin təbliğ olunmasında, gənc nəslin vətənpərvər ruhda yetişməsində əhəmiyyətli rolundan bəhs etdi. Qeyd etdi ki, keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.
Sonra tələbələrin təqdimatında şeirlər və mahnılar səsləndirildi. Münsiflər heyəti tərəfindən seçim turu aparıldı.
Sonda şeir müsabiqəsi üzrə I yerə Filologiya fakültəsinin III kurs tələbəsi Ülkər Əkbərova, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin V kurs tələbəsi Aliyə Əlizadə, III yerə Filologiya fakültəsinin IVkurs tələbəsi Şəbnəm Abışova, mahnı müsabiqəsi üzrə isə I yerə Filologiya fakültəsinin IVkurs tələbəsi Aytac Heydərova, II yerə Filologiya fakültəsinin III kurs tələbəsi Tural Həsənov, III yerə isə Filologiya fakültəsinin I kurs tələbəsi İlahə Fərhadzadə və Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Hüseyn Məmmədov layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az