Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız ATU-da keçirilən ali təhsil müəssisələrinin Daxili keyfiyyət təminatı şöbələrinin məsul şəxsləri ilə görüşdə iştirak etdi
Əməkdaşımız ATU-da keçirilən ali təhsil müəssisələrinin Daxili keyfiyyət təminatı şöbələrinin məsul şəxsləri ilə görüşdə iştirak etdi
Noyabrın 1-də Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrində “Keyfiyyət təminatı” mövzusunda tədbirlərin keçirilməsinə start verildi. İlk tədbir Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olundu. Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı struktur bölmələrinə dəstəyin təmin olunmasıdır. Tədbirdə Azərbaycanın müxtəlif regionlarının ali təhsil müəssisələrini təmsil edən Keyfiyyət təminatı şöbələrinin rəhbərləri və məsul şəxsləri iştirak etdilər. Sumqayıt Dövlət Universitetini Keyfiyyət təminatı şöbəsinin əməkdaşı Nərmin Həsənova təmsil etdi.
Görüşü Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli açıq elan etdikdən sonra TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov “Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə Daxili Keyfiyyət Təminatı və strukturun fəaliyyət istiqamətləri”, Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsini icra edən baş məsləhətçi Elmar Mustafayev “Yeni akkreditasiya qaydaları və öncəki akkreditasiya qaydaları ilə müqayisəsi” mövzularında məruzələrlə çıxış etdilər. Bundan əlavə Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyət Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov, Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qoçabəyova, Milli Aviasiya Akademiyasının Keyfiyyət təminatı departamentinin direktoru Ramil Əhmədov şöbələrinin fəaliyyəti barədə maraqlı təqdimatla çıxış etdilər və görüş iştirakçılarına faydalı məlumat verdilər.
Tədbirin sonunda Asiman İlyasov daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı struktur bölmələrinə dəstəyin təmin olunması məqsədilə silsilə görüşlərin təşkil olunacağını və növbəti görüşün 3 aydan sonra keçirilməsi planlaşdırıldığını qeyd etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az