Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Sumqayıtda Zəfər bayramına həsr edilən “I Sumqayıt kitab sərgisi”ndə iştirak etdilər
Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Sumqayıtda Zəfər bayramına həsr edilən “I Sumqayıt kitab sərgisi”ndə iştirak etdilər
30‒31 oktyabr tarixlərində Sumqayıt şəhərində “I Sumqayıt kitab sərgisi” keçirildi. Sumqayıt şəhərinin “Kimyaçı” Mədəniyyət sarayında “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən kitab sərgisində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Millət vəkilləri: Tahir Mirkişili, Qənirə Paşayeva, Arzu Nağıyev, yazarlar, adidiyyatı qurumların rəhbərləri və ziyalılar iştirak etdi.
Zəfər bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-na yaxın Kitab evi iştirak etdi. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunub. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları keçirildi. Rəssamların əsərlərindən ibarət sərgi də təşkil olundu.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin dekanı və bir qrup tələbə və müəllimi sərgidə iştirak etdilər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az