Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
SDU-da Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
Oktyabrın 28-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev çıxış edərək iştirakçıları salamladı, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin inkişafı, onların daha yaxşı təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə yüksək intellektual hazırlığa malik, müasir innovasiyaları mənimsəmiş, modern və vətənpərvər gənclik yetişir. Ölkə başçısının müdrik tapşırıq və tövsiyələrini əldə rəhbər tutan təhsil müəssisələri, eləcə də Sumqayıt Dövlət Universiteti əsas fəaliyyətini vətənpərvərlik hissinin gənclərə aşılanmasına böyük diqqət yetirmə istiqamətində qurur. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edən zaman könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək müzəffər ordumuzun sıralarında düşmənə qarşı döyüşlərdə iştirak etdilər. Bugünkü bilik yarışının keçirilməsində də məqsəd 44 günlük Vətən müharibəsi və qəhrəmanlarının unudulmaması, gənclər arasında geniş təbliği, gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, həmçinin onların intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili və dünyagörüşünün artırılmasıdır.
Yarışda müxtəlif fakültələrin tələbələrindən ibarət 7 komanda iştirak etdi. Gərgin və maraqlı keçən yarışın sonunda I yeri Tarix və coğrafiya fakültəsinin "Səfəvi” komandası, II yeri Filologiya fakültəsinin “Renessans” komandası, III yeri isə Fizika və elektroenergetika fakültəsinin “Energetiklər” komandası tutdular. Sonda qalib komandanın üzvlərinə diplom və kubok təqdim edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az