Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Zəfər Günü ilə əlaqədar fakültələrarası idman yarışlarına start verildi
SDU-da Zəfər Günü ilə əlaqədar fakültələrarası idman yarışlarına start verildi
Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Hazırda ölkə əhalisinin əsas aparıcı qüvvəsi olan gənclərin sağlam həyat tərzinin formalaşmasında, milli mənlik şüurunun inkişafında, vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir. Ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi gənclərin düzgün tərbiyəsi və sağlam həyat tərzinin formalaşmasına kömək edir. Dövlətin idmana və gəncliyə qayğısı millətimizi sağlam görmək istəyindən irəli gəlir. Bu məqsədlə ali təhsil ocaqlarında yaradılan idman bazaları, meydançalar, zallar tələbələrin fiziki sağlamlığına xidmət göstərir. Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri sağlam, yüksək ideyalarla yaşayan, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə çalışan gənclərin yetişdirilməsidir. Azərbaycan gəncliyi doğma torpağına sədaqət nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə 30 illik işğala son qoyaraq Qarabağı azad etdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü təmin etdi. 8 Noyabr xalqımızın müasir tarixinə Zəfər Günü kimi daxil oldu.
8 Noyabr Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlərin planı təsdiq edildi. Həmin plana uyğun olaraq, universitetdə tədbirlər: elmi konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar keçirilir, müntəzəm olaraq əməkdaşlar və tələbələr tərəfindən şəhidlik zirvəsinə ucalan tələbə və məzunların ailələri ziyarət edilir.
Tədbirin davamı olaraq oktyabrın 25-də Zəfər Günü ilə əlaqədar fakültələrarası idman yarışlarına start verildi. Yarışda Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 3 idman növü (stolüstü tennis, dama və şahmat) üzrə yarışları başladı. Qeyd edək ki, yarışa ilk olaraq stolüstü tennis idman növü üzrə tələbələr qatıldılar. 8 komanda öz bacarıqlarını sınadı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az