Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Times Higher Education MasterClass-da iştirak etdilər
Əməkdaşlarımız Times Higher Education MasterClass-da iştirak etdilər
Oktyabrın 13-də Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin və Times Higher Education beynəlxalq təşkilatının ölkəmizin ali təhsil müəssisələri üçün reytinqlər və brendinq üzrə MasterClass-ı baş tutmuşdur.
Tədbirə ölkə tarixində ilk dəfə Times Higher Education təşkilatının keçirdiyi dünya universitetləri reytinq sistemində yer almış Bakı Dövlət Universiteti ev sahibliyi edirdi.
MasterClass-ın əsas məqsədi dünya universitetləri reytinqinin 2022-ci il üçün nəticələrinin təhlili, milli regional trendlər, elmi-tədqiqat sahəsində məhsuldarlıq və əməkdaşlıq, davamlı inkişaf məqsədlərinin mühümlüyü, qlobal brendinq və marketinq mövzusunda təqdimatlarını nümayiş etdirmək və Times Higher Education təşkilatının Azərbaycan ali təhsil müəssisələrinə sadalanan məsələlər üzrə dəstəyini çadırmaq idi.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin də iştirak etdiyi tədbirin aparıcı qonağı Times Higher Education təşkilatının regional direktoru Laçın Təhməzova və təşkilatın Böyük Britaniya ofisindən onlayn şəkildə tədbirə qoşulmuş Phil Baty idi.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin metodisti Nərmin Həsənova iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az