Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələrin vaksinasiya prosesi aparıldı
SDU-da tələbələrin vaksinasiya prosesi aparıldı
Ölkəmizdə həyata keçirilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021–2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi uğurla davam edir.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Sumqayıt Dövlət Universitetində, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşlar mərhələli şəkildə vaksinasiya prosesində iştirak etmişdilər. Bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün oktyabrın 8-də universitetin əsas tədris binasında 2-ci doza vaksinasiyası qalan və peyvənd olunmamış tələbələrin Sumqayıt şəhər 3 saylı poliklinkasının həkim briqadası tərəfindən vaksinasiya prosesi aparıldı.
Qeyd edək ki, bu proses rektor professor Elxan Hüseynovun peyvənd olunmayan tələbələrin mütəşəkkil formada birbaşa universitetin özündə peyvəndlənməsi qərarına uyğun olaraq təşkil edildi. Bu da ənənəvi tədris mühitinin davam etdirilməsi üçün böyük zəmin yaradır.
Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov xəstəlikdən qorunmaq üçün peyvənd olunmağın zəruriliyini vurğuladı. Bildirdi ki, vaksinasiya könüllü prosesdir, lakin COVID-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir. SDU-da COVID-19 infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə universitetin tədris korpuslarında mütəmadi dezinfeksiya işləri aparılır və sanitar-epidemioloji tədbirlər daim diqqət mərkəzində saxlanılır. Prorektor əməkdaş və tələbələrə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 xəstəliyindən qorunmağı bir daha tövsiyə etdi.
Vaksinasiyadan sonra özlərini normal hiss etdiyini deyən bir qrup tələbə səhhətlərində hər hansı bir dəyişiklik olmadığını qeyd etdilər.
Qeyd edək ki, vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az