Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim mükafatlandırıldı
SDU-da Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim mükafatlandırıldı
Dünyadakı yüzlərlə sənətin fövqündə dayanan məşğuliyyət müəllimlik peşəsidir. Çünki bütün peşə sahiblərinin, hətta müəllimliyi seçənlərin belə üzünə elm, bilik xəzinəsinin qapısını açan, onları öyrədən yenə də müəllimdir.
Sumqayıt Dövlət Universitetində 5 Oktyabr − Beynəlxalq Müəllimlər Günü münasibətilə rektor unversitetin bir qrup müəllimini qəbul etdi.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Universitetin rektoru professor Elxan Hüseynov kollektivi peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzuladı, respublikada təhsilin inkişafından, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs etdi. Bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsi, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür. Rektor diqqətə çatdırdı ki, ölkə başçısının təhsil sahəsində tapşırıq və sərəncamları Sumqayıt Dövlət Universitetinin inkişafına öz töhfəsini verir. Burada yaradılan yüksək şərait və aparılan məqsədyönlü işlər təhsilin keyfiyyətində əsaslı dönüş yaradıb. Bu istiqamətdə SDU kollektivi məsuliyyəti dərindən dərk edir və davamlı olaraq öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır.
Rektor onu da qeyd etdi ki, COVID-19 pandemiyasının təhsil sisteminə də təsirsiz ötüşməməsi müəllimlərin üzərinə yeni vəzifə və öhdəliklər qoydu. Çətin pandemiya günlərində müəllimlərimiz əzmlə pandemiyanın gətirdiyi çətinliyin aradan qaldırılması və təhsilin davamlılığını təmin etmək, eyni zamanda tələbələrin onlayn tədris prosesinə cəlb edilməsi üçün bütün imkanlarını səfərbər etdilər. Bu gün istər təhsilimizin inkişafında, istərsə də digər sahələrdə uğurların əldə edilməsində, Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər ruhda yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin rolu və əməyi danılmazdır. Vətənpərvər gənclik Qarabağ uğrunda gedən əks-hücum döyüşlərində, düşmən tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsində şücaətlə mübarizə apardı, müstəqil Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdı.
Rektor çıxışının sonunda müəllimlərə müqəddəs peşəni şərəflə və məsuliyyətlə yerinə yetirməkdə uğurlar arzuladı.
Sonra universitetin ictimai həyatında fəal iştirak etdiklərinə və səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə bir qrup müəllimə universitet rəhbərliyi tərəfindən pul mükafatı verildi və onlar fəxri fərmanla təltif olundular.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az