Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsində "İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi" mövzusunda onlayn formatda bədii-elmi seminar keçirildi
Filologiya fakültəsində "İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi" mövzusunda onlayn formatda bədii-elmi seminar keçirildi
Sentyabrın 25-də Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş "İkinci Qarabağ müharibəsi – dövlətçilik tariximizin ən şərəfli səhifəsi" mövzusunda onlayn formatda bədii-elmi seminarı keçirildi. Seminarda Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova və fakültənin professor-müəllim heyəti iştirak etdilər.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Seminarı giriş sözü ilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq, tədbir iştirakçılarını salamladı, seminarın məzmun və mahiyyəti barədə məlumat verdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun şücaəti sayəsində otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistan ordusundan azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi.
Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının dosenti Şikar Hüseynov “44 günlük zəfər salnaməsi", Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva "Ədəbiyyatdan əbədiyyətə", Xarici dillər kafedrasının müəllimi Sevil Vəliyeva "Dəmir yumruq əməliyyatı və xalq, ordu, dövlət birliyi", Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev "Qanları ilə dastan yazanlar" mövzularında çıxış etdilər. Bildirdilər ki, 44 günün tarixə yazdığı qürurverici, şanlı səhifə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya böyük sevinc bəxş etdi. Bu xoşbəxtliyi bizə yaşadan dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, bütün əsgər və zabit heyətinə minnətdarıq. 44 gün davam edən Vətən müharibəsi bir daha Prezident-xalq-ordu birliyini nümayiş etdirdi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az