Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində koronavirus (COVID -19) infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparıldı
Sumqayıt Dövlət Universitetində koronavirus (COVID -19) infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparıldı
Sentyabrın 25-də Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparıldı. Aparılan dezinfeksiya işlərində yüksəkkeyfiyyətli dərman preparatlarından istifadə olundu.
Xatırladaq ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə SDU-da ardıcıl işlər həyata keçirilir. Həmçinin məlumatlılığın artırılması məqsədilə dəhlizlərə maarifləndirici stendlər vurulmuş, əməkdaşların yoluxma riskini azaltmaq məqsədilə xüsusi dezinfeksiyaedici aparatlar quraşdırılmışdır. Mütəmadi olaraq universitetdə koronavirus (COVID -19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az