Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 27 Sentyabr – Anım Günü ilə əlaqədar Fizika və elektroenergetika fakültəsində “Vətənə oğul olan igidlərimiz” mövzusunda onlayn formatda Elmi-praktik konfrans keçirildi
27 Sentyabr – Anım Günü ilə əlaqədar Fizika və elektroenergetika fakültəsində “Vətənə oğul olan igidlərimiz” mövzusunda onlayn formatda Elmi-praktik konfrans keçirildi
Sentyabrın 23-də Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Vətənə oğul olan igidlərimiz” mövzusunda onlayn formatda Elmi-praktik konfrans keçirildi. Konfransda bir qrup professor, müəllim və tələbə heyəti iştirak etdilər. Öncə müqqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova 44 günlük Haqq savaşımızdan ətraflı söz açaraq vurğuladı ki, ermənilərin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən növbəti hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.
Azərbaycan tarixi kafedrasının müəllimi Pərviz Cəfərov “Vətən müharibəsində Azərbaycan oğullarının şücaəti”, Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dos. Fuad Məmmədov “Vətən müharibəsinin qalibi Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir”, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Ramiz İsmayılov “Müstəqil Azərbaycan gənclərinin Vətən sevgisi” mövzularında çıxış etdilər. Bildirdilər ki, 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhə, bütünlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr vurdu.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarxlar nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az