Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti Valeh Məmmədovun 80 illik yubileyi qeyd olundu
SDU-nun dosenti Valeh Məmmədovun 80 illik yubileyi qeyd olundu
Sentyabrın 15-də SDU-nun Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması kafedrasının dosenti Valeh Məmmədovun 80 illik yubileyinə həsr olunmuş görüş karantin (qaydalarına riayət olunaraq) keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov yubilyarın mənalı ömür yolundan, əmək fəaliyyətindən, gənc mühəndis kadrların hazırlanması istiqamətindəki xidmətlərindən danışdı. Rektor çıxışının sonunda “Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 80 illik yubileyi munasibətilə” Valeh Məmmədova fəxri fərman və pul mükafatı təqdim etdi.
Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və digər natiqlər respublikada ali təhsilli mühəndis–texniki kadrların hazırlanmasında alimin səmərəli fəaliyyətindən söz açdılar. Valeh Məmmədovu mühəndislik elmi sahəsində fenomenal bilik və zəkaya, əsl ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik olan, sadə, xeirxah və müdrik insan, elm fədaisi kimi xarakterizə edərək, onunla bağlı xoş xatirələrini danışdılar, keçdiyi şərəfli ömür yoluna nəzər saldılar.
Sonda dosent Valeh Məmmədov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və çıxışçılara minnətdarlığını bildirdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az