Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq
Sumqayıt Dövlət Universitetində abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq
BAKALAVR PİLLƏSİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
 
Sumqayıt Dövlət Universitetində koronavirus (COVİD-19) pandemiyası dövründə 2021/2022-ci tədris ilində bakalavr səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olub onlayn formada qeydiyyatdan keçə bilərlər.
 
Onlayn qeydiyyat üçün tələb olunan sənədlər:
1. İş nömrəsi (6 rəqəmli) və FİN kod;
2. Attestat və ya diplomun surəti (subbakalavrlar diplomun surəti);
3. Şəxsiyyət vəsiqəsinin surəti;
4. 3x4 sm ölçülü fotoşəkilin surəti;
5. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırış vəsiqəsi) surəti;
6. Tərcümeyi-halın surəti;
7. Ödənişli əsaslarla qəbul olan abituriyentlərdən təhsil haqqının ödənilməsi barədə qəbzin surəti. Təhsil haqqı Kapital bank ASC-nin respublika üzrə istənilən filialında Sumqayıt Dövlət Universitetinin hesabına, abituriyentin adı, soyadı, ata adı və şəxsiyyət vəsiqəsinin seriyası qeyd olunmaqla ödənilir.
 
İmtiyazlı abituriyentlər tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:
 
a) Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş abituriyentlər:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Valideyn(lər)in ölüm haqqında şəhadətnaməsinin surəti;
3. Valideynin əlillik haqqında sənədinin surəti.
 
b) Məcburi köçkün olan abituriyentlər:
1. Özünün məcburi köçkün vəsiqəsinin surəti;
 
c) I və II dərəcə əlilliyi olan şəxslər, eləcə də 18 yaşınadək sağlamlıq imkanları məhdud olan abituriyentlərin sənədlərinin surəti.
 
d) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Valideynin əlillik haqqında arayışının surəti.
 
e) Şəhid ailəsinin üzvü olan abituriyentlər:
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin surəti;
2. Valideyninin və ya himayədarının şəhid statusunu təsdiq edən vəsiqəsinin surəti.
 
Qeydiyyatı təsdiqlənmiş abituriyentlər aşağıda göstərilən sənədləri SDU-ya gələn zaman müvafiq fakültələrinə təqdim etməlidir:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Attestat və ya diplomun əsli;
3. Subbakalavrlar diplomun əsli;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.
Onlayn qeydiyyat sentyabrın 7-dən 20- dək davam edəcək.
Sənəd Qəbulu Komissiyası hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir.
 
Sumqayıt Dövlət Universitetinə daxil olmuş abituriyentlər əlavə məlumat əldə etmək üçün ixisaslarına uyğun fakültə ilə əlaqə saxlaya bilərlər.
Tarix və coğrafiya 64 4 85 34
Mühəndislik 64 4 89 06
Kimya və biologiya 64 4 70 89
İqtisadiyyat və İdarəetmə 64 4 85 31
Filologiya  65 5 27 78
Riyaziyyat 64 4 85 32
Fizika və Elektroenergetika 64 4 89 11
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az