Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti Qadir Mənsurovun 70 illik yubileyi qeyd olundu
SDU-nun dosenti Qadir Mənsurovun 70 illik yubileyi qeyd olundu
Bu gün Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İnformasiya və kompüter texnikası kafedrasının müdiri fizika-riyaziyyat elmləri namizədi, dosent Qadir Mənsurovun anadan olmasının 70 illik yubileyi qeyd olunur. 1951-ci ilin yayında Qərbi Azərbaycanın Göyçə mahalının Gölkənd kəndində anadan olan Qadir müəllim 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsində təhsil alıb. 1973–1996-cı illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında, Neftqazavtomat EİB-də, Leninqrad Dövlət Optika İnstitutunda, Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildən isə taleyini Sumqayıt Dövlət Universiteti ilə bağlayıb. Bütün həyatını gənc mütəxəsislərin, peşəkar kadrların yetişməsinə həsr edən Qadir müəllim şərəfli müəllim, ləyaqətli ziyalı kimi ömür sürüb. Ölkənin kadr potensialının formalaşması üçün əlindən gələni əsirgəməyib. Bu səbəbdən də 2017-ci ildə SDU-nun 55 illik yubileyi münasibətilə Fəxri Fərmana layiq görülüb.
Uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə, universitetin ictimai həyatında fəal iştirakına görə və anadan olmasının 70 illiyi ilə əlaqədar Qadir Mənsurovu universitetin çoxsaylı professor, müəllim və tələbə heyəti adından təbrik edirik!
Ömrünün böyük bir hissəsini informasiya və kompüter texnikasının tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim onlarla dərslik və dərs vəsaiti və çox saylı elmi məqalənin müəllifidir. Alimin böyüklüyü onun intellekti, yetirdiyi kadrlar, elmə verdiyi töhfələr, yazdığı elmi əsərlərlə müəyyən olunur. Bu baxımdan Azərbaycanın görkəmli alimi dosent Qadir Mənsurovun şərəfli ömür yolu elmə xidmətin bariz nümunəsidir. Onu da qeyd edək ki, alim səmərələşdirici təkliflərinə və ixtiralarına görə bir sıra mükafatlara layiq görülüb.
Bir daha hörmətli Qadir Mənsurovu 70 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az