Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İdmançı tələbəmiz qaydasız döyüş üzrə dünya kubokunu qazandı
İdmançı tələbəmiz qaydasız döyüş üzrə dünya kubokunu qazandı
Bu gün fəxrlə demək olar ki, Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilmişdir. Bunu son illər bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, həm Avropa, dünya çempionatlarında və olimpiya oyunlarında yüksək nəticələr qazanmağımız bir daha təsdiq edir.
Sumqayıt Dövlət Universitetində digər sahələrə olduğu kimi, idmana da böyük maraq göstərilir. Məhz bunun nəticəsidir ki, idmançı tələbələrimiz müxtəlif idman yarışlarında iştirak edir, yüksək nəticələr əldə edərək Sumqayıt Dövlət Universitetinin şərəfini layiqincə qoruyurlar. Rektor professor Elxan Hüseynov bu istiqamətdə daim idmançı tələbələrə qayğı göstərir. Tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə böyük idman zalı əsaslı təmir olunmuş, universitetin həyətində sahmat lövhəsi inşa edilmiş, süni örtüklü futbol meydançası, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər qrulmuşdur. Təbii ki, bütün bunlar gələcəyimiz olan nəslin sabahı üçündür.
Cari ilin 29 iyunundan 3 iyul tarixinədək Ukraynanın Kobleva şəhərində Universal döyüş növü üzrə yeniyetmə, gənclər, qadınlar və kişilər arasında keçirilən dünya kubokunda qaydasız döyüş növü üzrə təmsilçimiz Kimya və biologiya fakültəsinin III kurs, 319-cu qrup tələbəsi Ülvi Teyubzadə (100 kq+) çəki dərəcəsində mübarizə apararaq, yarımfinalda Gürcüstan idmançısına, finalda isə Moldova idmançısına qalib gələrək, dünya kubokunu qazandı, qızıl medala layiq görüldü. Ülvi Teyubzadə ölkəmizi və universitetimizi uğurla təmsil etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az