Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti Məlahət Pənahəliyevanın 70 illik yubileyi qeyd olundu
SDU-nun dosenti Məlahət Pənahəliyevanın 70 illik yubileyi qeyd olundu
İyunun 23-də karantin qaydalarına riayət olunaraq SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri, Əməkdar müəllim, dosent Məlahət Pənahəliyevanın 70 illik yubileyinə həsr olunmuş görüş keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov yubilyarın alim və pedaqoq kimi səmərəli elmi-pedaqoji fəaliyyətindən danışdı. Bildirdi ki, ömrünün böyük bir hissəsini milli iqtisadiyyatın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən dosent onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir. Rektor çıxışının sonunda Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 70 illik yubileyi munasibətilə Məlahət Pənahəliyevaya fəxri fərman və pul mükafatı təqdim etdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev Məlahət Pənahəliyevanın iqtisadiyyat sahəsinə verdiyi töhfələrdən danışdılar, onun keçdiyi şərəfli ömür yolundan söz açaraq, alimlə bağlı xatirələrini bölüşdülər. Məlahət Pənahəliyevanı kollektivin və tələbələrin hörmətini qazanmış qabaqcıl təhsil işçisi kimi xarakterizə edib, ona gələcək fəaliyyətində uğurlar arzu etdilər.
Sonda Məlahət Pənahəliyeva ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Məlahət müəllimə, 70 yaş insan ömrünün müdriklik çağıdır. Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az