Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da narkomaniya əleyhinə onlayn formatda tədbir keçirildi
SDU-da narkomaniya əleyhinə onlayn formatda tədbir keçirildi
Aprelin 12-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq, XXI əsrin bəlası olan narkomaniya barədə tələbə gənclərə öz tövsiyələrini verdi, onları digər zərərli vərdişlərdən uzaq durmağa, dövlət üçün layiqli vətəndaş olmağa, daim xalqın inkişafı üçün yüksək amallar naminə fəaliyyət göstərməyə səslədi. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, universitetdə görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycanda narkomaniya ilə mübarizə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.
Sonra SDU-nun bir qrup tələbəsi mövzu ilə bağlı çıxışlar etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az