Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru magistrantların onlayn formatda keçirilən yaz semestrinin imtahan sessiyasının gedişini növbəti dəfə izlədi
SDU-nun rektoru magistrantların onlayn formatda keçirilən yaz semestrinin imtahan sessiyasının gedişini növbəti dəfə izlədi
Sumqayıt Dövlət Universitetində magistrantların 2020–2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
İyunun 9-da rektor professor Elxan Hüseynov Filologiya fakültəsinin magistratura pilləsində Filologiya ixtisası Ədəbiyyatşünaslıq (Avropa ölkələri ədəbiyyatı) ixtisaslaşması üzrə M935-ci qrupun Orta əsrlər və İntibah dövrü Qərb ədəbiyyatında Şərq məsələləri fənnindən keçirilən imtahanın onlayn formatda gedişini izlədi.
Rektor yaz imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün texniki tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini nəzərə çatdırdı, ümumilikdə Azərbaycan təhsilinin pandemiyanın yaratdığı sınaqlardan uğurla çıxdığını, eyni zamanda imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini vurğuladı. Rektor sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi istiqamətində verilən qərara toxunaraq, məsələnin nəzarətdə saxlanıldığını və bu istiqamətdə iş aparıldığını bildirdi. İmtahan nəticələrindən narazı qalan tələbələrin universitetdə yaradılmış apelyasiya komissiyasına onlayn şəkildə müraciət etmə imkanlarının olduğunu da diqqətə çatdırdı. Rektor imtahanda iştirak edən bir qrup magistrantın suallarını cavablandırdı və onlara uğurlar arzuladı.
Semestr ərzində 45 bal toplamış tələbə Sahibə İbadlı Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova tərəfindən imtahanda 46 bal ilə qiymətləndirilərək A - əla (91) bal aldı.
Qeyd edək ki, SDU-da yaz semestrinin imtahan sessiyası iyunun 1-dən başlayıb, iyulun 5-dək davam edəcək. İmtahanlar onlayn şəkildə “Microsoft Teams” platforması və ya “Zoom” proqramı vasitəsilə həyata keçirilir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az