Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat kafedrasının əməkdaşları may ayında keçirilmiş beynəlxalq konfranslarda məruzə ilə çıxış ediblər
SDU-nun İqtisadiyyat kafedrasının əməkdaşları may ayında keçirilmiş beynəlxalq konfranslarda məruzə ilə çıxış ediblər
Təhsilin və elmin beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi, təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi bu gün zamanın tələbinə çevrilmişdir. SDU ilə dünyanın aparıcı universitetləri arasındakı əlaqələr genişləndikcə elmi tərəqqinin nəticəsi olaraq iqtisadiyyatda yeni inkişaf prosesi yaranır. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən Sumqayıt Dövlət Universiteti bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Rusiya – Azərbaycan Ali Təhsil Müəssisələri və Xəzəryanı Dövlət Universitetləri Assosiasiyalarının üzvü olmuşdur. Universitetimiz hal-hazırda Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Avstriya, Finlandiya, İsveç, Litva, Macarıstan, İspaniya, Yunanıstan, Polşa, Ukrayna, İsrail, Qırğızıstan, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə bağlanmış müqavilələr və beynəlxalq layihələr çərçivəsində beynəlxalq əməkdaşlığı həyata keçirir. Bu gün dünyanı cənginə almış koronavirusun törətdiyi fəsadlara baxmayaraq, SDU onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirləri, konfransları təşkil edir. Onlarla alimimiz beynəlxalq konfranslarda uğurla iştirak və məruzələrlə çıxışlar edibllər. İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının professor-müəllim heyəti may ayında keçirilmiş beynəlxalq konfranslarda uğurla iştirak ediblər.
Mayın 18-də Ural İdarəetmə Universitetinin RFPyXTDXRA filialında (Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Rusiya Akademiyası) «Universe of university» mövzusunda keçirilmiş beynəlxalq internet-konfransda İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva “Azərbaycanda ali təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri” mövzusunda çıxış edib.
20–21 may tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət İqtisad Universitetində “Dövlət və bazar: qlobal qeyri-stabilliyinin güclənməsi şəraitində Avrasiya inteqrasiyasının mexanizmi və institutları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans MDB ölkələrinin Parlamentlərarası Assambleyasının İqtisadiyyat üzrə Ekspert Şurasının, Mərkəzi Çinin Pedaqoji Universitetinin, Şimal-Qərb Universitetinin (Sian şəhəri, Çin), Varmin-Mazur Universitetinin (Olştın şəhəri, Polşa) təşkilati və “Müasir iqtisadiyyatın problemləri” Avrasiya Beynəlxalq elmi-analitik jurnalının, “Sankt-Peterburq Dövlət İqtisad Universitetinin xəbərləri” jurnalının informasiya dəstəyi ilə təşkil olunmuşdur. Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının 3 nəfər əməkdaşı bu konfransda iştirak etmişdir. İqtisadiyyat kafedrasının müdiri dos. Lalə Mahmudova “İnnovasiya sahibkarlığının dayanıqlı inkişafının təminatı yolları” (Azərbaycan Respublikasının timsalında), kafedranın baş müəllimi i.f.d. Şəhla Cəmilzadə “ Büdcə-vergi siyasəti – milli iqtisadi təhlükəsizliyin təmin olunmasının aparıcı amili kimi”, kafedranın baş müəllimi Məhəmməd
Əhmədov “Beynəlxalq iqtisadi əlaqələr - milli iqtisadiyyatların inkişafının aparıcı istiqaməti kimi” mövzularında çıxış etmişlər.
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının əməkdaşlarının may ayında keçirilmiş beynəlxalq konfranslarda iştiraklarları haqqında:
1.Ural İdarəetmə Universitetində, RFPyXTDXRA filialında (Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Rusiya Akademiyası) 18.05.2021 tarixində «Universe of university» mövzusunda keçirilmiş beynəlxalq internet-konfransda İqtisadiyyat kafedrasının dosenti Səadət Əsgər qızı Hümbətəliyeva “ Azərbaycanda ali təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri” mövzusunda çıxış edib.
2. Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət İqtisad Universitetində 20–21.05.2021 tarixlərində “Dövlət və bazar: qlobal qeyri-stabilliyin güclənməsi şəraitində Avrasiya inteqrasiyasının mexanizmi və institutları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans MDB ölkələrinin Parlamentlərarası Assambleyasının İqtisadiyyat üzrə Ekspert Şurasının, Mərkəzi Çinin Pedaqoji Universitetinin, Şimal-Qərb Universitetinin (Sian şəhəri, Çin), Varmin-Mazur Universitetinin (Olştın şəhəri, Polşa) təşkilati və “Müasir iqtisadiyyatın problemləri” Avrasiya Beynəlxalq elmi-analitik jurnalının, “Sankt-Peterburq Dövlət İqtisad Universitetinin xəbərləri” jurnalının informasiya dəstəyi ilə təşkil olunmuşdur. Sumqat Dövlət Universitetinin İqtisadiyyat kafedrasının 3 nəfər əməkdaşı bu konfransda iştirak etmişdir. İqtisadiyyat kafedrasının müdiri dos. Lalə Fəqail qızı Mahmudova “İnnovasiya sahibkarlığının dayanıqlı inkişafının təminatı yolları” (Azərbaycan Respublikasının timsalında), kafedranın baş müəllimi i.f.d. Şəhla Vəkil qızı Cəmilzadə “Büdcə-vergi siyasəti – milli iqtisadi təhlükəsizliyin təmin olunmasının aparıcı amili kimi”, kafedranın baş müəllimi Məhəmməd Ələddin oğlu Əhmədov “Beynəlxalq iqtisadi əlaqələr - milli iqtisadiyyatların inkişafının aparıcı istiqaməti kimi” mövzularında çıxış ediblər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az