Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup tələbəsi açıq səma altında salınan Hərbi Qənimətlər Parkını ziyarət etdi
SDU-nun bir qrup tələbəsi açıq səma altında salınan Hərbi Qənimətlər Parkını ziyarət etdi
Mayın 18-də Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup tələbə açıq səma altında salınan Hərbi Qənimətlər parkını ziyarət etdi, 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika ilə tanış oldu.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev tələbələrə Hərbi Qənimətlər Parkının çox böyük əhəmiyyət daşıdığını bildirdi. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Hazırda Bakıda açılmış Hərbi Qənimətlər Parkı dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Nemət İbayev onu da bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyul, avqust hadisələri bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu işğalçı Ermənistana layiqli cavab verməyə hazırdır. 2020-ci ilin sentyabrında Ermənistan ordusu sərhədboyu ərazilərdə yenidən təxribatlar törədəndə və bunu müharibəyə çevirəndə bu dəfə qarşılarında güclü və qüdrətli Azərbaycan Ordusunu gördü. Qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində düşmənə necə divan tutdularsa, işğalçılar silah-sursatlarını atıb qaçdılar.
Sonra tələbələr Vətən müharibəsində döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlər: atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olaraq xatirə fotoları çəkdirdilər.
Məlumat üçün qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az