Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Biznes təfəkkürü və uğura doğru...” adlı onlayn formatda vebinar keçirildi
SDU-da “Biznes təfəkkürü və uğura doğru...” adlı onlayn formatda vebinar keçirildi
Mayın 17-də Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının təşkilatçılığı ilə PERFORMANCE MANAGEMENT “Müəllim-tələbə koordinasiyası” onlayn vebinarlar silsiləsindən “Biznes təfəkkürü və uğura doğru...” adlı onlayn formatda vebinar keçirildi.
Vebinarda fakültənin bir qrup professor-müəllim və tələbə heyətilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Statuslu Biznes Təlimçisi, ORKHANWAY Coaching-Şirkətinin Təsisçisi, Beynəlxalq Əmək Təşkilatının Biznes Təlimçisi Orxan Şahbaz və Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev iştirak etdilər.
Vebinarı giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq qonağı və iştirakçıları salamladı. Bildirdi ki, SDU milli düşüncəli, azərbaycançılıq məfkurəsinə sədaqətli gənclərin təlim-tərbiyəsində ən qabaqcıl metod və vasitələrdən istifadə edərək, yüksək təhsilli peşəkar kadrların hazırlanmasında uzaq miqyaslı strateji məqsədləri əsas götürərək respublikamızın ali təhsil müəssisələri arasında öncül yerlərdən birini tutur. Sevindirici amildir ki, universitetin məzunları dövlət qulluğu, təhsil və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Dekan universitetdə yaradılan şəraitə görə rektor professor Elxan Hüseynova dərin minnətdarlğını bildirdi və vebinarın əhəmiyyətindən danışdı, Azərbaycan Gəncliyinin ölkəmizin həyatında mühüm aparıcı qüvvə olmasından bəhs etdi. Vurğuladı ki, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilərin uğur hekayələrinin və qazanılmış nailiyyətlərin əsas fəlsəfəsini təşkil edir. Zaman keçdikcə əmək bazarı üçün yeni tələblər yaranır və idarəçilər üçün yeni obrazlar formalaşır. Bu istiqamətdə insan öz üzərində işləməli və ixtisaslı mütəxəssis olmalıdır.
Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev Sumqayıt Dövlət Universitetinin məzunlarının nailiyyətləri, uğurları haqqında danışaraq qeyd etdi ki, son on ildə 130-dan artıq tələbəmiz Azərikimya İB-də müxtəlif yüksək vəzifələrdə işlə təmin olunmuşdur, onlardan 30-a yaxını İqtisadiyyat və idarəetmə fakültəsinin payına düşür.
Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov çıxış edərək bildirdi ki, tədbirin təşkilində əsas məqsəd tələbələrə özünüidarəetmə, özünütəlim proselərinin aşılanması ilə onların innovativ fəallığının və intellektual potensialının yüksəldilməsi, müasir biznes və idarəetmə mühitinə uyğunlaşdırılması, kreativ təşəbbüslərinin üzə çıxarılmasıdır.
Layihənin rəhbəri Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Səxavət Məmmədova “Özünüidarəetmə müasir biznes modelinin təminatıdır” mövzusunda məruzə ilə çıxış etdi. Biznesin inkişafına təsir göstərən əsas faktorlardan biri olan kadr potensialı məsələsinə toxundu və təhsilin biznesin inkişafındakı rolunun əhəmiyyətindən danışdı.
Biznesin təşkili və menecment kafedrasının müəllimi, layihənin təşkilatçı-koordinatoru Şöhrət Əliyevanın təqdimatında “Uğur forumu” – videoçarx nümayiş olundu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Statuslu Biznes Təlimçisi, ORKHANWAY Coaching-Şirkətinin Təsisçisi, Beynəlxalq Əmək Təşkilatının Biznes Təlimçisi Orxan Şahbaz “Azərbaycanda biznes quruculuğu və biznes təfəkkürünün formalaşması” mövzusunda təlimə başladı. Təlimçi əldə etdiyi yerli və xarici təcrübələrindən istifadə etməklə tələbələrlə aktiv fikir mübadiləsi mühiti yaradaraq düşüncə tərzinin, biznes təfəkkürünun formalaşmasında nitq qabiliyyətinin, özünü təqdimetmə və ifadəetmənin əvəzsiz rolunu vurğuladı. Biznesdə uğur qazanmaq üçün təhsilin, təlimin, xüsusi ilə də fərdi bilik və bacarıqların əhəmiyyətindən bəhs etdi.
Təlim iştirakçılarla qarşılıqlı müzakirə formatında aparıldı, dinləyicilərin sualları cavablandırıldı.
Sonda tələbələr arasında aparılan sorğuda “Müəllim-tələbə koordinasiyası” onlayn vebinarlar silsiləsinin növbəti vebinarının mövzusu müəyyən edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az