Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyevin pedaqoji görüşləri” mövzusunda onlayn formatda tədbir keçirildi
SDU-da “Heydər Əliyevin pedaqoji görüşləri” mövzusunda onlayn formatda tədbir keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyevin pedaqoji görüşləri” mövzusunda onlayn formatda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq, iştirakçıları salamladı və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirlər artıq universitetin ənənəsinə çevrilib. Dekan Ulu öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri kоnsepsiyası çağdaş dövrdə də, gələcək yüzilliklərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malik olmaqla, hər bir təhsilalanın, hər bir pedaqоqun, ümumən, hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyət amalına çevrilmişdir.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin həyatı, idarəçilik və dövlətçilik sahəsində siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsilə və təhsil xadimlərinə böyük qayğı bəsləmiş, həmişə təhsil sistemi sahələrinin inkişafına və təhsil xadimlərinin səmərəli fəaliyyət göstərməsinə xüsusi diqqət yetirmişdir. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində və uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış və yüksək dəyərləndirmişdir. İstər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyev daim təhsilə və tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. Ümummilli lider gənclərimizin milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasını daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev bir pedaqoq məharəti ilə müəllimlərə təkcə öyrənmək və öyrədə bilmək bacarığını dеyil, həmçinin məktəbliləri, tələbə-gəncləri Vətənə sədаqətlə хidmət еtmək ruhundа böyütməyi, хаlqımızın milli хüsusiyyətləri əsаsındа tərbiyə еtməyi, onları milli-mənəvi dəyərlər əsasında yetişdirməyi tövsiyə еdirdi. Dosent Aytəkin Məmmədova onu da vurğuladı ki, bu gün respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər formalaşıb. Azərbaycan gəncləri cənab Prezidentin ətrafında bir yumruq kimi sıx birləşərək ona öz dəstəklərini ifadə edirlər. Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə - informasiya müharibəsində də düşmənin layiqli cavabını verdilər. Xalq bu yumruqla irəlilədi, qürurlandı və qələbə çaldı.
Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Sevinc Rzayeva “Azərbaycan təhsilində Heydər Əliyev siyasəti”, həmin kafedranın müəllimləri: Tahirə Qasımova “Tərbiyə prosesində Heydər Əliyev irsi”, Əhliman Dadaşzadə “Mənəvi tərbiyə haqqında Heydər Əliyev ideyaları”, Röyya İsmayılova “Heydər Əliyevin təhsilə və Azərbaycan müəlliminə verdiyi dəyər” mövzularında məruzə ilə çıxış etdilər. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli tərəqqisi, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərin qorunması sahəsində, elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, habelə təhsil və təhsil işçilərinə göstərdiyi qayğıdan bəhs etdilər. Qeyd etdilər ki, Heydər Əliyеvin müəllimlik peşəsinə оlаn münаsibətində həmişə bir müdriklik, qаyğıkеşlik, bu sənətə böyük hörmət və ehtiramı görünməkdədir. Bu bir tərəfdən оnun dövlət bаşçısı kimi vəzifəsindən irəli gəlsə də, digər tərəfdən оnun yenə də ilk peşəsinin müəllim оlmаsı ilə bаğlı olduğunu diqqətə çatdırdılar. Onun insanlara yanaşma tərzi, onlarla ünsiyyət və münasibəti Ulu öndərimizin pedaqoji məharətindən, psixoloji, etik, estetik biliklərə dərindən yiyələnməsindən, geniş dünyagörüşündən, çevik və hərtərəfli bilik və məlumatlılığa malik olmasından, “Heydər Əliyev pedaqogikası”ndan xəbər verdiyini vurğuladılar.
Tədbir mövzu ətrafında maraqlı müzakirələrlə davam etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az