Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Nə? Harada? Nə zaman?” onlayn formatda intellektual bilik yarışı keçirildi
SDU-da Nə? Harada? Nə zaman?” onlayn formatda intellektual bilik yarışı keçirildi
Mayın 8-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı onlayn formatda keçirildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov çıxış edərək iştirakçıları salamladı və Ulu öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara etimad göstərdiyini, gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu və günümüzdə bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək, komandalara uğurlar arzuladı, belə yarışların keçirilməsinin böyüməkdə olan nəslin Heydər Əliyev irsinin öyrənilməsində önəmli rolu olduğunu bildirdi. Prorektor onu da diqqətə çatdırdı ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan dahi şəxsiyyət Heydər Əliyev irsinin təbliğ olunması Sumqayıt Dövlət Universitetinin qarşısında duran əsas vəzifələrdən biridir.
Yarışda 7 komanda iştirak etdi. Suallar ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı tərtib edilmişdir. Komandalar 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə apardılar. Nəticələrə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, Filologiya fakültəsinin komandası ikinci, Kimya və biologiya fakültəsinin komandası isə üçüncü oldu.
Sonda qalib komandanın üzvlərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az