Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır ” mövzusunda onlayn formatda tədbir keçirildi
İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır ” mövzusunda onlayn formatda tədbir keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır ” mövzusunda onlayn formatda tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq, Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı bölgədə və dünyada etibarlı tərəfdaşa və lider ölkəyə çevirib. Artıq Azərbaycan dünyada inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoyur.
Dekan onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün bütün tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının xalqın rifahına yönəlmiş təxirəsalınmaz tədbirləri nəticəsində ölkəmiz bir çox dövlətlərdən fərqli olaraq, sosial və iqtisadi böhrandan xilas olundu.
“Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusu ətrafında Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, həmin kafedranın professoru Şəfa Əliyev, Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Lyudmila İsmayılova çıxış etdilər. Qeyd etdilər ki, Ulu öndərin işləyib-hazırladığı müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası onun əzəli və əbədi azularına uyğun olaraq, ölkəmizi tərəqqiyə, xalqımızı xoş günlərə qovuşdurdu. Cənab İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev əməllərinin davamıdır. Bu siyasətin məğzində Azərbaycanın iqtisadiyyatının inkişafı və əhalisinin yaxşı yaşaması əsas meyarlardan biridir. Azərbaycan və Azərbaycan xalqı var olduqca Heydər Əliyev əməlləri və ideyaları daim yaşayacaq və qorunub-saxlanacaq.
Fakültənin tələbə və müəllim heyəti tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı.
Tədbirdə tələbələrin ifasında ümummilli liderə həsr edilmiş şeirlər səsləndirildi. Dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az