Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Fizika və elektroenergetika fakültəsində “Heydər Əliyevin qurucusu olduğu milli birliyimiz-tarixi qələbəmizin təməlidir” mövzusunda onlayn formatda tədbir keçirildi
SDU-nun Fizika və elektroenergetika fakültəsində “Heydər Əliyevin qurucusu olduğu milli birliyimiz-tarixi qələbəmizin təməlidir” mövzusunda onlayn formatda tədbir keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin qurucusu olduğu milli birliyimiz tarixi qələbəmizin təməlidir” mövzusunda onlayn formatda tədbir keçirildi.
Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova açaraq bildirdi ki, bu gün ölkəmizin hər yerində ümummilli lider imiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Ulu öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi əziz tutulur. Dekan Heydər Əliyev dühasının Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi, həmçinin bütün türk dünyası, müsəlman dünyası üçün gördüyü möhtəşəm işlərdən bəhs etdi. Müasir Azərbaycan dövlətinin qurucusu olan ümummilli liderin xalqımızı və ölkəmizi dünya miqyasında tanıtdığını bildirdi. Onu da vurğuladı ki, həyatını xalqına həsr edən Ulu öndərin zəngin tarixə malik ictimai-siyasi, dövlətçilik fəaliyyəti xalqa və dövlətə xidmətin ən ali nümunəsi, ən parlaq təzahürüdür. Tamella Əhmədova qürurla qeyd etdi ki, Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad etmiş qalib Azərbaycanda, qədim Şuşada qeyd olunacaq. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsi, Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Prezidentinin qüdrətinin təcəssümüdür. 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma prosesi sürətlə davam edir. İlkin olaraq yol-nəqliyyat və enerji infrastrukturunun bərpası ilə bağlı layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfərləri də göstərdi ki, tezliklə işğaldan azad olunmuş bütün ərazilər yenidən qurulacaq, onların əhalisi öz doğma yurdlarına qayıdacaqlar.
Fizika və elektroenergetika fakültəsi üzrə Yeni Azərbaycan Partiyasının sədri Ramiz İsmayılov öz məruzəsində əsas diqqəti “Heydər Əliyevin qurucusu olduğu milli birliyimiz tarixi qələbəmizin təməlidir” məsələsinə yönəltdi. öndərin ölkəmizdə hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda iqtisadiyyatın və təhsilin inkişafına, hərbi kadrların yetişdirilməsinə və ölkənin müdafiə qüdrətinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm sahələrə xüsusi diqqət yetirdiyini vurğuladı. Qeyd etdi ki, dahi şəxsiyyət özü də 1998-ci ilin prezident seçkiləri kampaniyası dövründə seçiciləri ilə görüşündə: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam” – deyə bəyan etmişdi. Bəli, Heydər Əliyev həmişə var olacaq, hər zaman yaşayacaq – dövlətimizin müstəqilliyində, uğurlarında, inkişafında və cənab İlham Əliyevin yaratdığı Tarixin Ən Qüdrətli Azərbaycanında.
Digər natiqlər: Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev “Heydər Əliyev və Dövlətin gənclər siyasəti”, Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent Fuad Məmmədov “Milli diasporamızın formalaşmasında Ulu öndər Heydər Əliyevin rolu”, Fizika və elektroenergetika fakültəsinin dekan müavini Nailə Sərdarova “Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevdir”, Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri, 504 saylı qrupun tələbəsi Günay Məmmədova “Heydər Əliyevin davamçılarından biri – Leyla Əliyeva” mövzularında çıxış etdilər. Bildirdilər ki, Heydər Əliyevin əzəmətli Şəxsiyyət fərqi də məhz budur ki, o, yaratdığı müstəqil, qüdrətli dövləti etibar etməyə özü qədər inandığı siyasi varis formalaşdırdı və şah əsəri olan Azərbaycanı ona etibar etdi. Xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn cənab İlham Əliyevin yürütdüyü fəaliyyət tarixin ən şanlı səhifələrini təşkil edir. Möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanını qorudu və daha möhtəşəm bir zirvəyə ucaltdı! Cənab Prezident iki əsr davam edən münaqişəyə 44 gün ərzində son qoymaqla, adını artıq Azərbaycan tarixinə deyil, dünya tarixinə yazdıran Şəxsiyyət oldu! Son əsrlər ərzində torpaq itirməyən, əksinə, geri alan ən qüdrətli Sərkərdə kimi adını millətin yaddaşına əbədi həkk etdirdi!
Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az