Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz rəsədxanada oldular
Tələbələrimiz rəsədxanada oldular

Universitetimizin Fizika və elektroenergetika fakültəsinin fizik və fizika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrə tədris olunan əsas fənlərdən biri də astronomiya fənnidir. 
Tədris prosesində tələbələr səma cisimlərinin hərəkət qanunları, onlar arasında mövcud olan qarşılıqlı təsir, planetlərin fiziki qurluşu və kimyəvi tərkibi və s. haqqında maraqlı məlumatlarla tanış olurlar. Bunlardan başqa göy cisimlərinin koordinatlarının, ölçülərinin, kütlələrinin və onlara qədər olan məsafənin təyini üsullarını öyrənirlər. Bu fənn tələbələrin elmi dünyagörüşünün formalaşmasında böyük əhəmiyyəti vardır.
Tələbələrin astronomiya fənninə göstərdikləri marağı nəzərə alaraq hər il tədris ilinin son məşğələlərindən birini ənənəvi olaraq Şamaxı rayonunda dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşən AMEA-nın N.Tusi adına astrofizika rəsədxanasında keçiririlir.
Bununla əlaqədar olaraq mayın 24-də Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə Yarımkeçiricilər fizikası kafedrasının müəllimləri Coşqun Bayramov və Eldar Məmmədovun rəhbərliyi ilə Fizika və elektroenergetika fakültəsinin II kurs tələbələri ilə birlikdə  rəsədxanada oldular. Orada olduqları müddətdə tələbələr rəsədxanada aparılan elmi-tədqiqat işləri, astronomiya sahəsində çalışan alimlərimizin kəşfləri və qazandıqları nailiyyətlər haqqında, eləcədə gələcəkdə aparılacaq işlər haqqında geniş və ətraflı məlumatlar aldılar.
Rəsədxananın nəzdində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlar tələbələrdə böyük maraq doğurdu. Maraqlı eksponatlardan biri də 1959-cu ildə Yardımlı rayonuna düşmüş meteroitin 127 kq-lıq qəlpəsi idi. Tələbələr öz çox saylı suallarına ətraflı və dolğun cavablar aldılar. 
Əminik ki, tələbələrin rəsədxana ilə tanışlıqdan aldıqları çox maraqlı məlumatlar onların gələcək fəaliyyətlərinə çox güclü stimul olacaqdır.
Rəsədxanada aparılan işlərlə tanışlıqdan sonra Şamaxı rayonunun çox zəngin təbiəti ilə də təmasda olmaq tələbələrdə unudulmaz təəssüratlar yaratdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az