Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Riyaziyyat fakültəsində “Unudulmaz həyat yolu” mövzusunda tədbir keçirildi
SDU-nun Riyaziyyat fakültəsində “Unudulmaz həyat yolu” mövzusunda tədbir keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Unudulmaz həyat yolu” mövzusunda tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Riyaziyyat fakültəsinin dekanı dosent Zəfər Hüseynov açaraq, Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. Ölkəmizə rəhbərliyi dövründə ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin mənalı ömür yolu bir məqsədə – xalq və Vətən naminə fəaliyyətə həsr olunub. Heydər Əliyev siyasi xətti Azərbaycanı müstəqilliyə qovuşdurdu, parçalanmaq təhlükəzindən xilas etdi, inkişaf və tərəqqi yoluna çıxardı. Dekan onu da diqqətə çatdırdı ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır. Çünki ümummilli liderin şərəfli ömür yolu əsl kamillik nümunəsidir. Bu nümunə Azərbaycan xalqının həm mənəvi, həm siyasi, həm də sosial-iqtisadi uğurlarının əsasıdır. Universitetdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş tədbirlərin keçirilməsi dahi şəxsiyyətin irsinin araşdırılmasına və tələbə-gənclərə ötürülməsinə xidmət edir.
Riyaziyyat fakültəsi üzrə Yeni Azərbaycan Partiyasının sədri dosent Məhəmmədəli Məmmədov “Unudulmaz Həyat yolu” mövzusunda çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi misilsiz xidmətlərindən və Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin siyasətinin uğurlarından bəhs etdi.
Sonra fakültənin III kurs tələbələri: Şahnaz Teymurova “Heydər Əliyevin həyatı”, Tükəz Şükürova “Heydər Əliyevin kəlamları haqqında”, Leyla Quliyeva “Heydər Əliyevin gənclər üçün etdikləri” mövzularında çıxışları dinlənildi.
Tələbə Hicran Qurbanova isə ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir səsləndirdi.
Tədbirin sonunda Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az