Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsində “Daim qəlbimizdə” mövzusunda onlayn formatda tədbir keçirildi
SDU-nun Mühəndislik fakültəsində “Daim qəlbimizdə” mövzusunda onlayn formatda tədbir keçirildi
Mayın 7-də Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Daim qəlbimizdə” mövzusunda onlayn formatda tədbir keçirildi.
Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və Onun zəngin fəaliyyətindən danışdı. Bildirdi ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Ulu öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu öndərin irsi Azərbaycan xalqının milli sərvətidir. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqramtik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Dosent Ulduz Ağayev onu da vurğuladı ki, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu hərbi meydanda düşməni doğma torpaqlarımızdan qovaraq, ata vəsiyyətini – Heydər Əliyevin müqəddəs arzusunu yerinə yetirməklə xalqımıza qələbə sevincini yaşatdı.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev, Mühəndislik fakültəsinin tələbələri: Aysun Əhmədzadə, Sevinc Mehraliyeva tariximizin yetişdirdiyi ən böyük şəxsiyət olan Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq vurğuladılar ki, Azərbaycanın son 40 illik inkişaf tarixi birbaşa Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır. Dahi siyasi xadim Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə, o cümlədən dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk çətin illərdə xidmətləri misilsizdir.
Tədbirdə tələbələrin ifasında ümummilli liderə həsr edilmiş şeirlər səsləndirildi. Dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az