Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Azərbaycan və xarici ölkələr kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sözün işığı” adlı onlayn formatda elmi seminarının növbəti iclası keçirildi
SDU-nun Azərbaycan və xarici ölkələr kafedrasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sözün işığı” adlı onlayn formatda elmi seminarının növbəti iclası keçirildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr kafedrasının təşkilatçılığı ilə doktorant və dissertantların Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sözün işığı” adlı onlayn formatda elmi seminarının növbəti iclası keçirildi.
Seminarda Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Azərbaycan və xarici ölkələr kafedrasının professoru Rafiq Əliyev və kafedraların professor-müəllim heyəti iştirak etdilər.
Seminarı giriş sözü ilə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva açaraq, qonaqları və tədbir iştirakçılarını salamladı, elmi seminar haqqında məlumat verdi, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş növbəti seminara uğurlar arzuladı.
Daha sonra Azərbaycan və xarici ölkələr kafedrasının müdiri professor Avtandil Məmmədov seminarın məzmun və mahiyyəti barədə məlumat verdi, bu seminarın da bu il keçirilən bir çox elmi, maarifləndirici və mədəni tədbir kimi, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunduğunu tədbir iştirakçıları və qonaqların nəzərinə çatdırdı. Seminarın Azərbaycan və xarici ölkələr kafedrasının iclasının qərarı ilə təşkil olunduğunu deyən Avtandil müəllim seminarın məqsədinin kafedranın doktorant və dissertantlarını bir araya gətirmək, onların elmi araşdırmalarının nəticələri ilə tanış olmaq, onlarda sərbəst diskussiya aparmaq və çıxış etmək vərdişlərini formalaşdırmaqdan ibarət olduğunu qeyd etdi. Bugünkü seminar iclasında gənc tədqiqatçılarımızdan dörd nəfərin öz elmi nəticələrini təqdim edəcəklərini diqqətə çatdırdı. Daha sonra isə söz məruzəçilərə verildi.
Seminarda Azərbaycan və xarici ölkələr kafedrasının baş müəllimi eyni zamanda Azərbaycan və xarici ölkələr kafedrasının dissertantı Zöhrə Qafarova "Müasir poeziyada bəzi təsəvvüfi incələmələr", Folklorşünaslıq elmi-tədqiaqat laboratoriyasının baş laborantı, eyni zamanda Azərbaycan və xarici ölkələr kafedrasının dissertantı Aynurə Babayeva "Mustafa Çəmənli yaradıcılığında Qarabağ mövzusu", Xarici dillər kafedrasının baş laborantı, eyni zamanda Azərbaycan və xarici ölkələr kafedrasının dissertantı Humay Mərdanlı “Fridrix Dürrenmatsın romanında insan və cəmiyyət probleminin təzahürü", Filologiya fakültəsinin tyutoru, eyni zamanda Azərbaycan və xarici ölkələr kafedrasının disserantı Lamiyə İsmayılova "Tofiq Mahmudun əfsanələrində milli-mənəvi dəyərlər" mövzularında çıxışlar etdilər.
Hər bir məruzəçiyə iştirakçılar tərəfindən suallar verildi, maraq doğuran məsələlər ətrafında müzakirə və diskussiya aparıldı.
Seminarın sonunda çıxışçılar Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova bu təhsil müəssisəsində elmin inkişafına və gənc alimlərin formalaşmasına göstərdiyi diqqət və dəstəyinə görə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda Azərbaycan və xarici ölkələr kafedrasında, eləcə də Filologiya fakültəsində keçirilən bu tipli seminarların doktorant və dissertantlar üçün əhəmiyyətini, onların gələcək elmi işlərində atdıqları addımlara dəstək olduğunu, müdafiələrində akademik auditoriya qarşısında nitqlərini düzgün qurmaq və həyəcanlarını azaltmaq kimi məsələlərdə də yardımçı olduğunu vurğuladılar.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az