Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil alan əcnəbi tələbə Təhsil Nazirliyinin təşkil etdiyi Hərbi Qənimətlər Parkına səfərdə iştirak etdi
SDU-da təhsil alan əcnəbi tələbə Təhsil Nazirliyinin təşkil etdiyi Hərbi Qənimətlər Parkına səfərdə iştirak etdi
Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olundu. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə əcnəbi tələblərə məlumat verildi. Səfərdə Azərbaycan Ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirildi və tələbələr düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla yaxından tanış oldular.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov məlumat verərək bildirib ki, tədbirə 70-dən çox əcnəbi tələbə qoşulub: “Hazırda Hərbi Qənimətlər Parkını 49 ölkədən olan əcnəbi tələbə ziyarət edir. Məqsədimiz odur ki, ordumuzun uğurlarını əcnəbi tələbələr öz gözləri ilə görsünlər. Tələbələrimiz müxtəlif auditoriyalarda, paltformalarda təmsil olunurlar, sosial şəbəkələrdən istifadə edirlər. Bu da ölkəmizin suverenliyinin bərpa olunmasını dünyaya çatdırmağa öz töhfəsini verəcək. Bu işlərin davamlı olması üçün gələcəkdə əcnəbi tələbələrimizlə işğaldan azad olunmuş torpaqlarımıza səfər də planlaşdırırıq”.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Tədbirdə 49 ölkədən olan 28 ali təhsil müəssisəsindən70-dən çox əcnəbi tələbə, ali təhsil müəssisələrinin nümayəndələri və Təhsil Nazirliyinin əməkdaşları iştirak etdilər. Sumqayıt Dövlət Universitetindən Fizika ixtisası üzrə təhsil alan Əfqanıstan vətəndaşı Mataullah Saidi, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələblər şöbəsinin əməkdaşı Natavan Quliyeva iştirak etdilər.
Sonda iştirakçıların təəssüratları dinlənildi və onlarla xatirə şəkli çəkdirildi. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az