Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın onlayn formatda növbəti iclası keçirildi
Elmi Şuranın onlayn formatda növbəti iclası keçirildi
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın onlayn formatda növbəti iclası keçirildi. Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı.
II kurs magistrantların elmi tədqiqat və elmi-pedaqoji təcrübələrinin və attestasiyalarının nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək bildirdi ki, tədris planına uyğun olaraq, fakültələr üzrə DM-06/6 saylı, 05.02.2021-ci il tarixli əmrlə II kurs magistrantları 16.02.2021-15.03.2021-ci il tarixlərində Elmi-tədqiqat, 16.03.2021 - 12.04.2021-ci il tarixlərində isə elmi-pedoqoji təcrübə keçmişlər. Qeyd etdi ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, II kurs magistrantlarının elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri təsdiq olunmuş cədvəllər üzrə tam yerinə yetirilmişdir. Dosent Sabir Xəlilov fakültə Elmi Şuralarında II kurs magistrantlarının attestasiyalarının nəticələrinin qənaətbəxş olduğunu qeyd etdi və attestasiyadan keçməyən magistrantlara əlavə 1 ay vaxt verilməsini təklif etdi, onlarla fərdi qaydada iş aparılması kafedra müdirlərinə və magistrantların elmi rəhbərlərinə tövsiyə olundu.
Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev SDU-da Beynəlxalq əlaqələr istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış edərək ətraflı məlumat verdi.
Qeyd etdi ki, universitetimiz ERASMUS+EQAC, ERASMUS+PETRA, Creative Spark, ERASMUS+UNİLAB və digər beynəlxalq layihələrdə fəal iştirak edir, British Council (Böyük Britaniya), DAAD - (Alman Akademik Mübadilə Xidməti), Vişeqrad Fondu - Çexiya Res Campus France-ın Azərbaycan Bürosu və digər beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.
Əməkdaşlarımız beynəlxalq konfranslarda, forumlarda, beynəlxalq olimpiadalarda, vebinarlarda aktiv iştirak edirlər.
Prorektor «2019-2023-cü illər üçün Azərbyacan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı» çərçivəsində Türkiyə Cümhuriyyətinin Hacettepe Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında Fizika və Kimya mühəndisliyi ixtisasları üzrə ikili diplom layihəsi modelinin işlənməsi istiqamətində işlərin aparıldığının diqqətə çatdırdı. Həmçinin Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri prof. Əkbər Ağayev Şimali Qafqaz Federal Universitetinin filialı olan Hevinnomısk Texnologiya İnstitutunun Kimya texnologiyası və kimyəvi istehsalın maşın aparatları kafedrasının professoru kimi də fəaliyyət göstərir (0,25 müəllim kimi işə qəbul olunub), mühazirələr oxuyur, rusiyalı alimlərlə birgə elmi tədqiqatlar aparır və elmi işlər çap etdirir. Həmin institutun Kimya texnologiyası və kimya istehsalının maşın və aparatları kafedrasının müdiri dosent Pavlenko Yelena Nikolayevna ilə may ayında Moskvada MDB-nin yaranmasının 30 illiyinə həsr olunmuş Beynəlxalq konfransa birgə elmi məqalə təqdim etdikləri barədə də məlumat verdi. Bildirdi ki, Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Rövşən Məmmədovun YÖK (Yüksək Öyretim Kurulu) çərçivəsində Türkiyənin Bülent Ecevit Universietində 2 ildir müəllim kimi fəaliyyət göstərir və universitetimizi layiqincə təmsil edir.
Sonra SDU-nun Keyfiyyətə nəzarət və qiymətləndirmə bölməsinin fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi yolu ilə gələcəkdə bölmənin Keyfiyyət Təminatı Mərkəzinə çevrilməsinə nail olunması Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. Natiq Talıbova, Beynəlxalq əlaqələr üzrə prorektor dos. Qafar Atayevə və Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinova tapşırıldı.
Hazırlıq qrupunda tədris olunan 4 fənni ingilis dilində tədris edəcək müəllimlərin müəyyənləşdirilməsi və ingilis dili sektorunun açılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi Beynəlxalq əlaqələr üzrə prorektor dos. Qafar Atayevə və Beynəlxalq əlaqələr və əcnəbi tələbələr şöbəsinin müdiri dos. Samirə Məmmədovaya tapşırıldı. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə işlərin daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, onlayn vebinarların keçirilməsi, səfir saatının (səfir gününün) təşkil olunması, elmi konfranslara və digər tədbirlərə səfirlik nümayəndələrinin dəvət olunması Beynəlxalq əlaqələr üzrə prorektor dos. Qafar Atayevə həvalə edildi.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 103-cü ildönümü münasibətilə keçiriləcək tədbirlər haqqında Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov ətraflı məruzə ilə çıxış etdi və tədbirlər planı təsdiq olundu.
Elmlər doktoru proqramı üzrə doktorantların doktorluq dissertasiya işlərinin mövzusunun və elmi məsləhətçinin təsdiqi ilə əlaqədar Tarix və onun tədrisi metodikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Samir Kərimlinin doktorluq dissertasiyasının “Azərbaycanda dövlət arxivlərinin yaranması və inkişaf tarixi (1920-2020-ci illər)” mövzusu və elmi məsləhətçi prof. Şirxan Səlimov təsdiq edildi.
Fizika və onun tədrisi metodikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı Rəsmiyyə Məmmədovanın doktorluq dissertasiyasının “Na montmorilloitlə modifikasiya olunmuş polipropilen matrisalı nanokompozitlərin elektroaktiv xassələri” mövzusu və elmi məsləhətçi əməkdar elm xadimi, f.r.e.d., prof. Eldar Qocayev təsdiq edildi.
Tarix və onun tədrisi metodikası kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı t.f.d. Sona Məhərrəmovanın doktorluq dissertasiyası mövzusunun yeni redaksiyası “Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin dirçəldilməsi və qorunması siyasəti” kimi və elmi məsləhətçi akademik Yaqub Mahmudov təsdiq edildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Bildirdi ki, Elmi Şuraya 7 tədris vəsaiti daxil olub. Onlardan 3-ü dərs vəsaiti və 4-ü fənn proqramıdır.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının əməkdaşı fil.f.d. Törə Kamal qızı Məmmədovaya elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılmasına icazə verildi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az