Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | PRESS-RELİZ
PRESS-RELİZ
Sosial şəbəkələrdə və bir sıra saytlarda SDU-nun stadionunun iki yerə bölünməsi kimi təqdim olunan materiallar yayılıb. Bununla bağlı bildirmək istəyirik ki, “Stadion” adı ilə təqdim olunan qumluq sahə ictimai fikirdə çaşqınlıq yaratmağa hədəflənib. Ucuz populizm xatirinə verilən bu yoxlanılmamış məlumatlar heç də həqiqəti əks etdirmir.
Hamıya məlumdur ki, stadion deyiləndə ancaq futbol oynamaq üçün kustar üsulla iki qapı qoyulan qumluq sahə nəzərdə tutulmur. Stadionda futbol oynamaq üçün təbii və ya süni yaşıl örtüklü meydançadan əlavə, bu sahənin ətrafı, heç olmasa, metal torla hasarlanmalı, futbolu izləmək üçün tamaşaçılara şərait yaradılmalı, oturacaqlar quraşdırılmalıdır. Stadionda paltar dəyişmək üçün otaqlar, duş otaqları və s. şəraitin mövcudluğu vacibdir. Deyilən bu şəraitin heç biri burada mövcud deyil və heç bir zaman olmamışdır.
Qeyd edək ki, “Stadion” adlandırılan bu qumluq sahədə heç vaxt futbol yarışları keçirilməyib.
Hazırda ali təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin keçirilmədiyini nəzərə alaraq, universitetdə idmanın inkişafı, tələbə və əməkdaşların sağlamlığının qorunması üçün yaradılmış idman klubunda müxtəlif növlər üzrə tələbə və əməkdaşların idmanla məşğul olduğu seksiyalar fəaliyyət göstərir. İdman klubunun fəaliyyət göstərən idman seksiyalarından badminton, böyük stolüstü tennis, voleybol, basketbol, futbol, şahmat, dama, qılıncoynatma və s. misal göstərə bilərik. Universitetin əsas tədris binasında və binanın həyətində yaradılmış voleybol, basketbol meydançaları, tennis kortu, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq səmada böyük ölçülü şahmat lövhəsi, şahmat və dama yarışları keçirilməsi üçün xüsusi köşklər, III tədris binasında müasir standartlara uyğun ayrıca qılıncoynatma zalı, o cümlədən futbol seksiyalarının fəaliyyət göstərməsi üçün süni yaşıl örtüklü, ətrafı dəmir torla hasarlanmış futbol meydançası mövcuddur.
“Stadion” adlandırılan qumluq sahədən yol çəkərkən məqsəd iki tədris binası arasında tələbələrin gediş-gəlişi zamanı yaranan çətinliyin aradan qaldırılması olmuşdur. Belə ki, yol çəkilməmişdən qabaq tələbələr əsas tədris korpusundan II tədris korpusuna gedərkən universitetin ətrafından dolanan yolun səkisindən istifadə edirdilər. Bu isə onlara həm çətinlik yaradırdı, həm də tələbələrin dərsə gecikmələrinə səbəb olurdu. Yəqin ki, tələbə və əməkdaşların rahatlığı üçün yolun çəkilməsi başa düşüləndir və düzgün qiymətləndirilməlidir.
Həmkarlarımıza müraciət edərək qeyd edirik ki, bu cür məsələləri paylaşmazdan əvvəl, yerlərdə olub, məsələnin tam araşdırılmalarıı düzgün olardı. Bununla əlaqədar olaraq, yuxarıda qeyd etdiyimiz fikirlərə aydınlıq gətirilməsi məqsədilə bu məlumatı paylaşan həmkarlarımızı universitetə dəvət edirik
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az