Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və UDNTU arasında «Pandemiya dövründə dünya iqtisadiyyatının və ayrı-ayrı ölkələrin vəziyyəti» adlı onlayn formatda dəyirmi masa keçirildi
SDU və UDNTU arasında «Pandemiya dövründə dünya iqtisadiyyatının və ayrı-ayrı ölkələrin vəziyyəti» adlı onlayn formatda dəyirmi masa keçirildi
Aprelin 16-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrası Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrası ilə birgə «Pandemiya dövründə dünya iqtisadiyyatının və ayrı-ayrı ölkələrin vəziyyəti » adlı onlayn formatda dəyirmi masa keçirdi.
Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq, iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, tədbirin keçirilməsində məqsəd Xəzəryanı ölkələrin dövlət universitetlərinin assosiasiasiyası çərçivəsində bağlanmış, həmçinin Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanmış müqavilələrin müddəalarının reallaşdırılması, iki universitetin müvafiq kafedraları arasında elmi əlaqələrin dərinləşdirilməsidir. Ölkəmizdə təhsilə böyük önəm verildiyini bildirən dekan universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən və ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əlaqələri olduğundan bəhs etdi. Bildirdi ki, universitetimiz Xəzəryanı Dövlət Universitetləri və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvüdür. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır.
Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova dəyirmi masa iştirakçılarını salamladı və uzun müddətdir davam edən pandemiyanın ayrı-ayrı ölkələrin iqtisadiyyatına və bütövlükdə dünya iqtisadiyyatına mənfi təsirlərindən, iqtisadi tənəzzülün hələ bir müddət davam edəcəyinə dair proqnozları və yaranmış şəraitdən çıxış yollarının axtarılmasının vacibliyindən bəhs etdi və “Covid və insan kapitalı” mövzusunda məruzə ilə çıxış etdi.
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri i.e.n., dosent Olqa Vladimirovna Mamatelaşvili dəyirmi masa iştirakçılarını salamladı və “Pandemiya şəraitində dünya iqtisadiyyatı: təhdidlər və çağırışlar” mövzusunda məruzəsi dinlənildi.
UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrasının professoru Şaybakova Emma Rifovna “Müasir dünyada milli iqtisadiyyatların inkişafı trayektoriyası”, həmin kafedranın dosenti Krasnoselskaya Dina Xadimovna “Dünya resessiyası” mövzularında ətraflı çıxış etdilər.
SDU-nun İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva “Pandemiya şəraitində əhali gəlirləri”, həmin kafedranın baş müəllimi Məhəmməd Əhmədov “Pandemiya şəraitində xarici iqtisadi əlaqələr” mövzusunda çıxış etdilər.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrasının dosenti Muxamadiyeva Elvira Fanirovna ali təhsil müəssisələri arasında elmi əlaqələrin genişləndirilməsinin vacibliyindən bəhs etdilər.
Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Şəfa Əliyev postpandemiya dövrünə hazırlıq işlərinin elmi cəhətdən əsaslandırılmasının vacibliyi haqqında danışdı.
Mövzu ətrafında müzakirələr aparıldı. Pandemiya dövründə iqtisadi vəziyyətin müzakirəsi, postpandemiya dövrünə hazırlıq işlərinin elmi cəhətdən əsaslandırılması, yeni imkanların aşkara çıxarılması müzakirə olundu. İki kafedra arasında elmi əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı, yaxın həftələr ərzində Ufa Dövlət Neft Texniki Universitetindən İqtisadi təhlükəsizlik kafedrasının müdiri dosent O.V.Mamamtlaşvilinin Sumqayıt Dövlət Universitetinin tələbələri üçün icmal mühazirənin oxunması, SDU-nun İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudovanın Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri üçün məharət dərsinin keçirilməsi, iyun ayında iki kafedra arasında “Enerji təhlükəsizliyi regionların sosial-iqtisadi inkişafı amili kimi” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırıldı
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az