Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasıyası ilə gələcək əməkdaşlıq çərçivəsində ilk onlayn formatda tədbir keçirildi
SDU-da Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasıyası ilə gələcək əməkdaşlıq çərçivəsində ilk onlayn formatda tədbir keçirildi
Aprelin 9-da Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasıyası ilə gələcək əməkdaşlıq çərçivəsində ilk onlayn formatda tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd iqtisadi ixtisaslar üzrə təhsil alan (xüsusən maliyyə və mühasibat ixtisasları üzrə) tələbələrdə gələcək əmək fəaliyyətlərində praktiki təcrübənin formalaşması baxımından mövcud olan hüquqi tələblərin yerinə yetirilməsi və mühüm hesab olunan vəzifələrin icrası istiqamətində şərhlərin verilməsidir.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev açaraq iştirakçıları salamladı. Son illər İqtisadiyyat və idarəetmə fakültəsində müvafiq ixtisaslar üzrə müasir dövrün tələblərinə uyğun iqtisadçı kadrların hazırlanması istiqamətində görülən işlərin davamı olaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək qonaqları və iştirakçıları salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, ölkəmizdə iqtisadçı kadrların müasir tələblərə uyğun olaraq əmək bazarında iştirakı onların peşə hazırlığı ilə bağlıdır. Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasıyası ilə ilk görüşün keçirilməsi bu sahədə inkişafa doğru bir addımdır.
Assosiasıyanın rəhbəri Nuriyyə Novruzova tədbir iştirakçılarını salamladı. Gələcək əməkdaşlığa istiqamət olaraq tədbirin təşkilinə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra Nuriyyə Novruzova təşkilat haqqında təqdimatla çıxış etdi.
Tədbirdə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasıyasının Beynəlxalq İmtahan Mərkəzinin rəhbəri Rauf Rzayevin “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunu”na edilmiş dəyişikliklər və beynəlxalq standartar əsasında maliyyə hesabatlarının təqdim edilməsi mövzusunda çıxışı dinlənildi.
İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi i.f.d. Mehman Əhmədzadə öz çıxışlarında Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasıyası və bu kimi digər peşəkar qurumlarla əməkdaşlığın əhəmiyyətli olduğunu bildirdilər. Gələcəkdə tələbələrin ali təhsil aldıqları ixtisasa uyğun fəaliyyət göstərmələrində bu kimi əməkdaşlığın üstün cəhətlərini diqqətə çatdırdılar.
İqtisadiyyat və idarəetmə fakültəsinin müəllim və tələbələrinin təqdimata və mövzuya uyğun verilən sualları assosiasıyanın əməkdaşları tərəfindən cavablandırıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az