Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz UDNTU –nun təşkil etdiyi “Qara Qızıl” mövzusunda III Beynəlxalq tərcümə müsabiqəsində iştirak etdilər
Tələbələrimiz UDNTU –nun təşkil etdiyi “Qara Qızıl” mövzusunda III Beynəlxalq tərcümə müsabiqəsində iştirak etdilər
Martın 20 –də Ufa Dövlət Neft Texniki Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Qara Qızıl” III Beynəlxalq tərcümə müsabiqəsi keçirildi. Universitet icmasının diqqətini tərcümə, dillərarası vasitəçiliyə cəlb etmək, habelə Rusiya Federasiyası və digər dövlətlər miqyasında universitetlərarası əlaqələrini genişləndirmək məqsədi olan müsabiqə, təxminən 3 min sözlük mətnin ingilis dilindən rus dilinə, alman dilindən rus dilinə tərcümə edilməsini əhatə edirdi.
Tərcümə üçün təklif olunan mətnin funksional üslubu və mövzusu, tələbələr tərəfindən öyrənilən mətnlərin funksional üslublarından və mövzularından əhəmiyyətli dərəcədə fərqlənir ki, bu da elmi baxımdan xüsusilə cəlbedici görünür, çünki bu müsabiqə iştirakçılarının peşəkarlığı mühakimə etməyə və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verir.
Müsabiqədə ixtisası dilçilik, tərcüməçiliklə yanaşı, qeyri-ixtisaslardan olan bakalavr və magistr tələbələri də iştirak etməyə dəvət olunmuşdurlar.
Onlayn formatda həyata keçirilən yarışmada Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin I kurs magistrantı Kamal Orucov və I kurs tələbəsi Emilya Aslanova iştirak etmişdirlər. Əvvəlcədən qeydiyyatdan keçmiş tələbələrimiz müsabiqə günü elektron poçtla rus dilinə tərcümə üçün xarici dildə fərdi nömrələri və mətnləri göndərilibdir. Yarışın tapşırığını yerinə yetirən tələbələrimiz tamamlanmış materialı müsabiqənin təşkilat komitəsinin elektron poçt ünvanına göndərmişdirlər. Moskva vaxtı ilə 10.00 - 15.00 arasında göndərilmiş mətnin ingilis dilindən rus dilinə tərcümə etmişdirlər.
Müsabiqənin nəticələri 2021-ci il aprelin 20-dək tərcümə müsabiqəsində iştirak edənlərin elektron poçtlarına göndəriləcəkdir. I, II və III yerləri tutan müsabiqənin qalibləri kafedranın veb saytında elan ediləcək və UDNTU sertifikatları ilə mükafatlandırılacaqlar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az