Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitet nümayəndələri müstəqillik günü ilə bağlı şəhər tədbirində iştirak etdilər
Universitet nümayəndələri müstəqillik günü ilə bağlı şəhər tədbirində iştirak etdilər

Sumqayıt şəhər Tarix muzeyində Azərbaycan Respublikasının öz müstəqilliyini qazanmasının 23–cü il dönümünə həsr olunmuş şəhər tədbiri kecrildi. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər İdman və  Gənclər baş idarəsinin birgə təşəbbüsü ilə təşkil olunmuşdu.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini SDU-nun baş müəllimi Elmar Xəlilov çıxış edərək başda universitetin rəhbəri Elxan Hüseynov olmaqla, professor-müəllim, tələbə heyəti adından  onları salamlamış və bu əlamətdar gün münasibətilə təbrik etmişdir.
Elmar Xəlilov çıxışında  qeyd etdi ki, Azərbaycan xalqı 1991-ci ilin oktyabrın 18-də qanı, canı bahasına əldə etdiyi dövlət müstəqilliyini məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirmiş, dövlət suverenliyinə əbədi təminat yaratmışdır. Son 23 ildə respublikamız demokratik, dünyəvi və sivil yolla inkişaf etmiş, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar qazanmışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrdə, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 ildə həmişə xalqımızın milli maraqlarına xidmət etmiş. ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olmuşdur. Dahi şəxsiyyət bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması və aztəminatlı əhali qruplarının sosial ehtiyaclarının ödənilməsindən ötrü mühüm tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu böyük xidmətləri Azərbaycan xalqı daim sonsuz  minnətdarlıq hissi ilə xatırlayır.
Ümummilli liderimizin müdrik siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə müstəqil ölkəmizə  yeni-yeni tarixi naliyyətlər qazandırır. Dövlət müstəqilliyimiz daima güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla, dünya birliyində fəal mövqe qazanır.
Tədbirdə SDU-nun TGT-nin sədri Şənlik Əliyev, SDU YAP Gənclər təşkilatının sədri Səma Əsədova və bir qrup tələbələri iştirak etmişlər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az