Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaş və magistrantlarımız “Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” adlı tədqiqat mövzusunda vebinarda iştirak etdilər
Əməkdaş və magistrantlarımız “Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” adlı tədqiqat mövzusunda vebinarda iştirak etdilər
Fevralın 26-da Xəzər Universitetin Erasmus+Petra layihəsi çərçivəsndə TL mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş tədqiqat vebinarı keçirildi.
Vebinar Valencia Politexnik Universitetinin (UPV) əməkdaşı Dr. Elena de la Pozanın təqdimatında “Ali təhsildə davamlılığın təşviqi: davamlı inkişaf məqsədləri” mövzusunda təqdimatla çıxış etdi.
Elena de la Pozan özünün tədqiqatları, elmi işləri zamanı təcrübələrini iştirakçılarla bölüşdü.Bildirdi ki, 2003-cü ildə UPV-dən Biznes İdarəetmə və İdarəetmə ixtisasını bitirmiş və 2008-ci ildə Valensiya Politexnik Universitetindən (UPV) doktorluq dərəcəsini almış, hal-hazırda UPV İqtisadiyyat və Sosial Elmlər Bölməsinin dosentidir. O, Erasmus+ Petra layihəsinin İspaniya heyətində çalışmış, tədqiqatçı kimi fenomenlərin empirik iqtisadi-maliyyə təhlili və davamlılığın inkişafı üzrə ixtisaslaşmışdır. İki kitabın ortaq redaktoru və 35-dən çox beynəlxalq elmi məqalənin və 12 kitab fəslinin müəllifidir. 50-dən çox milli və beynəlxalq konfranslarda məruzə ilə çıxış etmiş və 5 beynəlxalq konfransda qonaq məruzəçi olmuşdur. Elena de la Pozan hər hansı mövzuda tədqiqata başlayan zaman məqsədin müəyyənləşməsi, tədqiqatın obyekti, tədqiqat metodlarının işlənməsindən danışdı.
Vebinar qarşılıqlı diskusiya şəkilində davam edərək, iştirakçıların sualları da cavablandırıldı.
Vebinarda Sumqayıt Dövlət Universitetinin əməkdaş və magistrantları- Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, həmin şöbənin əməkdaşı Natavan Quliyeva, Tarix və coğrafiya fakültəsini magistrantları Xanım Əzizli, Ceyhun Əsgərov, Bəhruz Şıxıyev iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az