Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Media nümayəndələri üçün onlayn təlimdə iştirak etdilər
Əməkdaşlarımız Media nümayəndələri üçün onlayn təlimdə iştirak etdilər
Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirildi.
Təlimdə açılış nitqi ilə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirdi ki, media ilə əməkdaşlıq müasir kommunikasiya alətlərindən istifadə olunaraq daha da təkmilləşdirilməlidir. Nazir müavini qeyd etdi ki, sosial media kanallarından istifadə imkanları araşdırılmalı, eyni zamanda faydalılığı ölçülməli və tətbiq olunmalıdır.
Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov öz çıxışında Təhsil Nazirliyinə media nümayəndələri üçün təşkil olunan maraqlı və faydalı təlimə görə təşəkkürünü bildirərək, sosial medianın imkanlarının əhatəliliyinə diqqət edilməsini nəzərə çatdırdı.
Təlim “Sosial Media Marketinqi nədir?”,”Sosial Media Marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində Sosial Media Marketinqinin rolu” mövzularını əhatə etdi. Təlimdə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək, sosial media barədə ətraflı məlumatı diqqətə çatdırdılar.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin və digər iştirakçıların sosial media marketinqi, sosial media kanalları və özəllikləri barədə daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV-lə yanaşı, SMM vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Təlimdə Sumqayıt Dövlət Universitetinin iki nümayəndəsi: Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d Samirə Məmmədova və əməkdaş Natavan Quliyeva iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az