Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı soyqırımı ilə bağlı kitab sərgisi keçirildi
Xocalı soyqırımı ilə bağlı kitab sərgisi keçirildi
Fevralın 26-da Sumqayıt Dövlət Universitetinin foyesində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı – qan yaddaşımız” adlı kitab sərgisi keçirildi. Sərgidə Azərbaycan, ingilis və rus dillərində Xocalı faciəsinin dəhşətlərini əks etdirən kitablar nümayiş etdirildi. Həmçinin Prezident cənab İlham Əliyevin Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və ermənilərin törətdikləri soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edən, müxtəlif illərdə çap olunmuş qəzet, jurnal və toplu məqalələri də təqdim olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az