Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da TGT-nin təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində fləşmob keçirildi
SDU-da TGT-nin təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində fləşmob keçirildi
Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Universitetin bütün fakültələrində ilk dərslər Xocalı faciəsinə, soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.
Fevralın 25-də “ZOOM” platforması üzərindən SDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində fləşmob keçirildi. Fləşmobda iştirak edən 613 tələbənin hər biri Xocalıda qətlə yetirilən 613 nəfər soydaşımızın şərəfinə adlarını onların adları ilə əvəzləyərək xatirələrini yad etdilər. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək, məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinə ağlasığmaz həqarətlər edilib. Xalqımız bu soyqırımı aktını heç vaxt unutmayacaq. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətə ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanılıb. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az