Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da rektorluğun növbəti iclası onlayn formatda keçirildi
SDU-da rektorluğun növbəti iclası onlayn formatda keçirildi
Fevralın 3-də Sumqayıt Dövlət Universitetində rektorluğun koronavirus pandemiyası ilə əlaqədar 2020–2021-ci tədris ilində keçiriləcək pedaqoji, istehsalat və elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinə hazırlığın bakalavriat və magistratura səviyyəsi üzrə vəziyyəti, 2020–2021-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti, Sumqayıt Dövlət Universitetinin perspektiv inkişafına dair irəli sürülən təkliflərin müzakirəsinə həsr olunmuş növbəti iclası onlayn formatda keçirildi. SDU-nun rektoru professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı. SDU-da tədrisin mövcud vəziyyətdə də yüksək səviyyədə həyata keçirildiyini qeyd etdi və universitetin tədris və elmi fəaliyyətinin bütün istiqamətlər üzrə inkişafından danışdı.
2020–2021-ci tədris ilində bakalavriat səviyyəsi üzrə keçiriləcək pedaqoji, istehsalat və elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrə hazırlığın vəziyyəti barədə Tədris Metodik Mərkəzin direktoru, baş müəllim Faiq Şirinov çıxış etdi. Bildirdi ki, fevralın 16-dan mayın 25-i də daxil olmaqla istehsalat təcrübəsi keçirilməsi planlaşdırılır. Pandemiya şəraiti ilə əlaqədar təcrübə keçmək mümkün olmadığı üçün fakültə dekanları tələbələrə ixtisaslarına uyğun mövzular verilməsini və tələbələrin 25-30 səhifəlik referat hazırlamalarını təklif edirlər. Həftədə 1gün təcrübə rəhbərlərinin təşkilatçılığı ilə onlayn formatda qrupların ixtisasına uyğun slaydlarla dərslər keçirilməsi təklif olundu. Pedaqoji təcrübə müddətində pandemiya ilə əlaqədar tələbələrimiz orta məktəblərdə ənənəvi olaraq 3 gün olacaq. Rayon və regionlarda olan tələbələr isə 2 gün onlayn formatda təcrübəyə qatılacaqlar. Həftədə 1 dəfə isə təcrübə rəhbərləri ilə onlayn dərs keçiriləcəkdir. İstehsalat təcrübəsi keçən tələbələrə texnoloji avadanlıqlar slayd şəklində təqdim olunacaq. Onlara bu avadanlıqların iş mexanizmi, onlarla necə davranma qaydaları haqqında məlumat veriləcək. Əgər pandemiya aprelin 1-dən aradan qaldırılsa, təcrübə ənənəvi qaydada aparılacaq.
2020–2021-ci tədris ilində magistratura səviyyəsi üzrə keçiriləcək elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrə hazırlığın vəziyyəti barədə magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış etdi. Bildirdi ki, COVID–19 infeksiyası ilə bağlı ölkədə mövcud sanitary-epidemioloji vəziyyət nəzərə alınaraq, magistratura səviyyəsində təcrübələrin keçirilməsi aşağıdakı kimi planlaşdırılır. 16 fevraldan 15 martadək elmi-tədqiqat, martın 16-dan aprelin12-dək elmi-pedaqoji təcrübə keçiriləcək: 1.Magistr dissertasiyasının tədqiqat hissəsinə aid referat hazırlanacaq. Bunun üçün elmi rəhbərin nəzarəti ilə referatın təqvim-tematik planı hazırlanmalı, təcrübənin sonunda referat kafedaraya təhvil verilməlidir; 2. Elmi-pedaqoji təcrübə üçün dərs cədvəli hazırlanır və kafedrada təsdiqlənir. Magistrant iş cədvəli ilə onlayn dərslərdə iştirak etməli və ən azı, bir-iki dəfə açıq dərs təşkil etməlidir.
Gündəlikdəki məsələrlə bağlı fakültə dekanları çıxış edərək bildirdilər ki, ənənəvi təcrübə üzrə bütün işlər həyata keçirilib, təcrübədə iştirak edəcək tələbələrin siyahısı hazırlanmış və bu barədə tələbələrə məlumat verilmişdir. Pedaqoji təcrübədə olan tələbələr Sumqayıt şəhərində yerləşən orta məktəblərdə təcrübə keçəcəklər.
2020–2021-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti barədə də fakültə dekanları məlumat verdilər. Bildirdilər ki, yaz semestrinə hazırlıq işləri yekunlaşmaq ərəfəsindədir. Dərs cədvəlləri üzrə işlər tamamlanmışdır.
Sumqayıt Dövlət Universitetinin perspektiv inkişafına dair irəli sürülən təkliflər barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov çıxış etdi. Bildirdi ki, universitetin Strateji inkişaf planı 2020–2025-ci illəri əhatə edir və universitetin inkişaf perspektivləri nəzərə alınaraq hazırlanmışdır. Prorektor onu da qeyd etdi ki, universitetin Strateji inkişaf planında prioritet istiqamətlər üzrə hədəflər nəzərə alınaraq, illik fəaliyyət planı müzakirə olunmalı, yeni təkliflər təqdim olunmalıdır. Sonra bu istiqamətdə fikir mübadiləsi aparıldı, rektor görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi. Universitetin Strateji inkişaf planı istiqamətində İşçi qrupun yaradılmasına göstəriş verdi. Rektor onu da qeyd etdi ki, universitetin yataqxanasında təmir işləri sürətləndirilib, növbəti tədris ilində tələbələrin ixtiyarına veriləcək və yataqxanada yerləşdiriləcək tələbələrin hər biri akademik qrup üzrə qrup tələbələrinin iştirakı ilə seçiləcəkdir.
İclasın sonunda qeyd olundu ki, bütün təkliflər sistemləşdirilsin, yaxın gələcək və uzaq gələcəyə nəzərdə tutulmuş təkliflər müəyyənləşdirilsin və bu təkliflərin yerinə yetirilməsi istiqamətində bütün mümkün imkanlardan maksimum səmərəli istifadə edilsin.
Bununla da, rektorluğun iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az