Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları British Council-un təşkil etdiyi növbəti vebinarda iştirak etdilər
SDU əməkdaşları British Council-un təşkil etdiyi növbəti vebinarda iştirak etdilər
Dünyanı əhatə edən COVİD-19 pandemiyasının yaratdığı problemlər təhsil sektoruna da təsir etməkdədir. Bununla əlaqədar olaraq, onlayn dərslərin təşkil olunması, yekunda tələbələrin bilik və bacarıqlarının düzgün və adekvat qiymətləndirilməsi daima ümumdünya təhsil sistemində maraq doğuran sahələrdən birinə çevrilib.
Dekabrın 16-da British Councilun təşkilatçılığı ilə “Onlayn qiymətləndirmədə akademik şəffaflıq və dürüstlük – Universitetlər təhlükəsiz və etibarlı qiymətləndirməni necə apara bilər?” mövzusunda keçirilən beynəlxalq vebinar Sumqayıt Dövlət Universitetinin rəhbərliyinin də diqqətindən kənarda qalmadı.
Universitetimizi vebinarda Xarici dillər kafedrasından ped.f.d. b.m. İskəndərova Könül, b.m. Məmməd İlhamə, müəllim İbrahimov Rüfət, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasından fil.f.d. b.m. Xəyalə Mürsəliyeva təmsil etdilər.
Vebinara İngiltərə, Uels, Azərbaycan, Türkiyə, Özbəkistan, Rusiya, Ukrayna və s. ölkələrdən iştirakçılar qatılmışdı. Svonsi Universitetinin (Swansea University, İngiltərə) Hüquq təhsili üzrə professoru Maykl Dreyperin və Koventri Universitetinin (Coventry University, İngiltərə) Akademik şəffaflıq üzrə rəhbəri Dr.İren Qlendininq məruzələrlə çıxış etdilər. Onlar slaydlar vasitəsilə onlayn qiymətləndirmədə qarşılaşdıqları problemləri nümayiş etdirərək təhlillər apardılar. Dr. Qlendininqin açıqlamalarında hətta Zaqafqaziya ölkələrinə səyahəti zamanı apardığı müşahidələr də öz əksini tapdı. Onun sözlərinə görə, burada ən böyük problem internet sürəti və dağlıq rayonlarda tələbələrin internet təminatıdır. Lakin məruzəçi son dövrlərdə Azərbaycanda yüksək sürətli optik internet xətlərinin çəkilməsi ilə bu problemlərin həllində respublikamızın regionda lider olduğunu da vurğuladı. Sonda yüksək təcrübəli müəllimlərin köməyi ilə təhsil sisteminin bu tip problemlərinin də uğurla dəf ediləcəyinə tam əminlik bildirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az